İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə
18-12-2022, 15:10
690

İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə


I  Diaqnostik qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində  məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının ikinci maddəsində göstərilir ki, diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə  xidmət edir. 

Hər bir müəllim  keyfiyyətli dərsə yiyələnmək  üçün  başlanğıcda  özünə  "şagirdlərin  bilik və bacarıqlarının səviyyəsi necədir", "tədris edilmiş materialı necə mənimsəyiblər", "əldə olunmuş  bilikləri tətbiq edə bilirlərmi", "şagirdlərin dərsi yaxşı mənimsəmələri üçün  hansı  məsələlərə xüsusi diqqət yetirilməlidir" kimi suallar verməlidir.

Məhz  bu suallara  cavab tapmaq üçün müəllim şagirdin, müvafiq hallarda qrup və ya sinfin  hazırkı vəziyyətinə qiymət verməli, yəni diaqnoz qoymalıdır. Diaqnostik qiymətləndirməni keçirmək üçün müəllim  Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə  şöbəsində müzakirə edilərək tövsiyə olunan  aşağıdakı üsul və vasitələrdən istifadə etməlidir.

Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir. Aydınlıq üçün deyək ki, bilik və bacarıqları yoxlamaq üçün testləşdirmə qiymətləndirmə  üsuludursa, test tapşırıqları qiymətləndirmə vasitəsidir.

Diaqnostik qiymətləndirmə üçün verdiyimiz nümunələr arasında ən populyar  və  əlverişlisi  tapşırıqvermə üsuludur ki, bu üsulu həyata keçirmək üçün  müəllim dərs ilinin əvvəlində əvvəlki sinif, dərs ili ərzində isə  bəhs və bölmələrə  aid  çalışmalardan  istifadə edir.Müsahibəədər yaradıcılıq tələb edir. Bu üsulu həyata keçirməkdən ötrü müəllim vasitə kimi özü üçün qeydiyyat vərəqi tərtib edir və burada şagirdlərin yoxlamaq istədiyi bacarıqlarını sadalayır. Məsələn, ana dilindən anlama, danışmaq, tələffüz qaydalarına əməl etmək, riyaziyyatdan toplama, çıxma, vurma, bölmə, sadalama, həyat bilgisindən ətraf mühiti tanımaq və təbiət hadisələrini bilmək, ünsiyyət qurmaq və s. bacarıqlar yoxlanılır və hər şagirdin adının qarşısında "yenidən izah edilməlidir", "təkmilləşdirilməlidir" və ya "qənaətbəxşdir" kimi qeydlər edilir. Bu qeydlər barədə şagird və onların valideynlərinin də məlumatlandırılması məqsədəuyğundur.

Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulu isə müəllimin şagird haqqında məlumatlarını tamamlamaq üçün əlverişli sayılır. Burada istifadə olunan vasitə sorğu səciyyəli olur və daha çox şagirdi əhatə edən mühit, onun məktəbdənkənar fəaliyyəti haqqında rəy yaradır. Bu qiymətləndirmədə də müəllim özünün istifadəsi üçün sorğu vərəqi tərtib edir və lazımi nəticələr çıxarır.

Tədris proqramları və şagirdlərin hazırlıq səviyyəsi imkan verdiyi hallarda şagirdlərlə diaqnostik qiymətləndirmə test tapşırıqları vasitəsilə də aparıla bilər.

Məqsəddən asılı olaraq bəzən diaqnostik qiymətləndirmədə müşahidə üsulundan və bu üsul üçün hazırlanan vasitədən-meyar cədvəlindən də istifadə edilir. Müşahidə yolu ilə müəllim şagirdlərin hər birinin inkişaf səviyyəsini müəyyən edir və təlim prosesində strategiyalarla bağlı qərar qəbul edərkən bu məlumatlara arxalanır. Şagirdə hansı səviyyədə ev və sinif tapşırıqlarının verilməsi də bu məlumatlar əsasında müəyyən olunur. Müşahidə üsulu və vasitəsi, adətən, davamlı diaqnostik qiymətləndirmənin obyekti olur. Bu baxımdan diaqnostik qiymətləndirmə forma cəhətdən formativ qiymətləndirməyə yaxınlaşsa da, məqsədinə görə onunla eyniyyət təşkil etmir. Davamlı diaqnostik qiymətləndirmə adətən dərs ilinin əvvəllərində aparılır.şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri də məlumatlandırılır.

 

II Formativ qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının üçüncü maddəsində göstərilir ki, formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.

Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Məhz formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.

Qeyd edək ki, yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyəti və ağırlıq mərkəzi məhz formativ qiymətləndirmənin üzərinə düşür. Bu məzmun formativ qiymətləndirmənin adında da aydın əks olunub. Formativ sözü (formative) "formalaşdıran", "formalaşdırıcı" deməkdir. Formativ qiymətləndirmə təlim nəticələrinin mənimsənilməsi ilə bağlı mütəmadi məlumat toplamaq məqsədilə aparılır. Fənni tədris edən müəllim formativ qiymətləndirməni məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırladığı meyarlar üzrə dərs ili ərzində müntəzəm olaraq həyata keçirir, nəticədə şagirdin ehtiyaclarını öyrənir, uğur qazana bilməməsinin səbəblərinı araşdırır və onun inkişafının təmin olunması üçün zəruri tədbirlər görür.

 

Müşahidə

 

Müşahidə üsulu və burada istifadə olunan vasitələr diaqnostik qiymətləndirmədə olduğu kimi tərtib oluna bilər. Məsələn, şəkil üzrə mətn qurmaqla bağlı dərsin müşahidəsini müəllim aşağıdakı meyarlar əsasında apara bilər.     təmin edə bilərsən?

· Partada düzgün əyləşmək nə üçün vacibdir?

· Heyvanları qorumaq üçün sən nə edirsən?

Bu suallar əsasında hazırlanan layihə şagirdin aşağıdakı bacarıqlarını yoxlamaq üçün imkan verir. 

Özünüqiymətləndirmə üsulundan istifadə geniş yayılmışdır. Məsələn, ana dili fənnindən əlifbanın öyrənilməsi zamanı müəllim şagirdlərlə özünüqiymətləndirmə keçirə bilər. Özünüqiymətləndirmə vərəqində göstərilən meyarlar üzrə şagird özünə qiymət verir və bunu "+", "-" ilə işarə edir. 

Müəllim özünüqiymətləndirmə vərəqlərini də şagird portfoliosuna daxil edir və şagirdin valideyninin həmin vərəqlə tanış olması məqsədəuyğundur.

 qovluğunda (portfolio) toplanır, eyni zamanda ümumiləşdirilmiş cümlələr şəklində şagird gündəliyi vasitəsilə valideynə çatdırılır. Qiymətləndirmənin nəticələrinin qeydiyyatı müəllimlərə, şagirdlərə və valideynlərə aşağıdakı suallara cavab verməyə kömək edir:

· Şagird nələri öyrənmişdir?

· Daha nələri öyrənməlidir?

· İnkişaf üçün o hansı addımları atmalıdır?

İzləmələrin qeydiyyatı həmçinin müəllimin məktəb və valideyn qarşısında hesabatlılıq məsuliyyətini də artırır. Odur ki, müəllim şəxsi qeyd dəftərinə "rəsmi sənəd deyildir", deyə diqqətsiz yanaşmamalı və onun valideynlər üçün əsas məlumat mənbələrindən biri olduğunu unutmamalıdır.

Uzun illər övladının məktəbli kitabçasında qiymət görməyə adət etmiş valideynin indi başqa bir vəziyyətlə rastlaşdıqda müəyyən narahatlıq keçirməsi təbiidir. Lakin fənn müəllimi formativ qiymətləndirmənin mahiyyətini və məqsədini valideynə düzgün izah edərsə, şagirdin gündəlik rəqəmli qiymətləndirilməməsi valideyn üçün cavabı olmayan tapmacaya çevrilməz. Məhz formativ qiymətləndirmə sayəsində valideynlər öz övladlarının inkişafını, nailiyyətlərini daha diqqətlə izləməyə müvəffəq olur, məktəblə, müəllimlə daim təmas saxlayırlar. Valideyn bilməlidir ki, ənənəvi qiymətləndirmənin prinsiplərinə uyğun olaraq şagird gündəlik 2,3, 4,5 rəqəmləri ilə qiymətləndirildikdə övladının çatışmayan və ya zəif cəhətləri barədə məlumata malik olmur, övladına kömək etmək istəsə də, hədəfi dəqiq seçə bilmir. Formativ qiymətləndirmənin nəticəsi olan təsviri qiymətləndirmə isə bu cür anlaşılmazlıqları aradan qaldırır. Belə ki, övladının gündəliyində "Hərfləri tanıyır, lakin sözləri yazmaqda çətinlik çəkir" ifadəsini oxuyarkən valideyn problemin mahiyyətini anlayır və onun aradan qaldırılması üçün müəllimin köməkçisinə çevrilir.

 
Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Əli qızı Məmmədova 
0 0

Şərhlər

Oxşar xəbərlər