YAP Quba rayon təşkilatının  sədri Fidan Hüseynova Qəsəbədə  yerləşən Dağ Yəhudilərinin Muzeyini ziyarət etmişdi
17-06-2022, 14:03
461

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Qəsəbədə yerləşən Dağ Yəhudilərinin Muzeyini ziyarət etmişdi

YAP Quba rayon təşkilatının  sədri Fidan xanım Hüseynova və təşkilatın əməkdaşları, Qırmızı-Qəsəbə ərazi partiya təşkilatının sədri Telman Muxailov, sədr müavini Fərid Səmədov Qırmızı-Qəsəbədə  yerləşən Dağ Yəhudilərinin Muzeyini ziyarət etmişlər, muzeyin eksponatları ilə tanış olmuşlar.


Muzeyin əməkdaşı Pisax İsakov muzey haqqında ətraflı məlumat verərək qeyd edib ki, burada nümayiş etdirilən müxtəlif kitablar və sənədlər gələcəkdə Dağ Yəhudilərinin danışıqları, unikal dialektin öyrənilməsinə kömək edəcəkdir. 
   

  YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova muzey haqqında təəssüratlarını bölüşərək vurğulayıb ki, Azərbaycanda hər zaman qədim ənənələrin qorunub saxlanmasına həssas yanaşılır, ölkəmiz  multikulturalizm və toletanantlıq ənənələrinə sadiqdir.


0 0

Şərhlər

Oxşar xəbərlər