Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba RİHB-nin Hacıhüseynli İƏV üzrə nümayəndəliyində yerləşən Hacıqayıb kənd ərazi partiya təşkilatının iclası keçirildi.
15-12-2022, 19:00
471

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba RİHB-nin Hacıhüseynli İƏV üzrə nümayəndəliyində yerləşən Hacıqayıb kənd ərazi partiya təşkilatının iclası keçirildi.

TehsilForumu.Azxəbər verir ki, 15 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba RİHB-nin Hacıhüseynli İƏV üzrə nümayəndəliyində yerləşən Hacıqayıb kənd ərazi partiya təşkilatının iclası keçirildi. İclasın gündəliyində təşkilata yeni sədrin seçilməsi məsələsi qoyulmuşdur.


Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək qeyd etdi ki, uzun müddət ərazi partiya təşkilatının sədri işləmiş Ərzuman Aslanov yaş həddi ilə əlaqədar ərazi partiya təşkilat sədrliyindən azad olunmasını xahiş etmişdir.Sədr onun işini müsbət qiymətləndirərək qeyd etdi ki, yeni seçiləcək sədr ərazi partiya təşkilatının işini daha da irəli aparacaq və səmərəli fəaliyyət göstərəcəkdir. 
     Daha sonra Ərzuman Aslanov uzun müddət partiya işindəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edildi. 
     

Çıxış edən Hacıhüseyinli kənd ƏPT sədri Valeh Əmrullayev, Hacıqayıb kənd ərazi partiya təşkilatına sədr vəzifəsinə Hacıqayıb kənd tam orta məktəbinin direktoru Feyzullayev Şəmsəddin Nurəmməd oğlunu təklif etdi. 
Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Hacıqayıb kənd ərazi partiya təşkilatına Feyzullayev Şəmsəddin Nurəmməd oğlu yeni sədr seçildi.
 Təbrik edirik.




0 0

Şərhlər

Oxşar xəbərlər