Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Şəhid ailələrini ziyarət etmişlər
15-04-2022, 18:45
451

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Şəhid ailələrini ziyarət etmişlər

Aprelin 15-də Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən Quba rayon Çartəpə kənd şəhidi Məmmədov Ürfan Çingiz oğlunun ailəsini ziyarət ediblər.
    

 Görüş zamanı YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. 


Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Quba rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Fidan Hüseynova belə qəhrəman oğul böyütdüklərinə görə şəhidin  valideynlərinə  təşəkkür etdi və YAP Quba rayon təşkilatı tərəfindən şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini bildirdi. Şəhid ailələsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynovaya təşəkkürlərini bildiriblər
     

 Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamına əsasən Ürfan Məmmədov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi ücün "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

0 0

Şərhlər

Oxşar xəbərlər