82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30-04-2024, 15:45
246

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

TehsilForumu.Az  - a verilən məlumata görə 30 aprel 2024-cü il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. 

Bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib. Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2024-cü il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər