“Məktəbdə  müəllimin geyim qaydasına  nəzarət olunması vacibdir”-  Səbəb
30-03-2022, 10:51
477

“Məktəbdə müəllimin geyim qaydasına nəzarət olunması vacibdir”- Səbəb

Azərbaycanda dövlət ümumtəhsil müəssisəsilərində təhsilalanların yalnız dörd rəngdə yeni geyim formalarından istifadə edəcəkləri haqqında əvvəlki günlərdə baş nazir Əli Əsədovun qərar imzalayıb .

 

Son günlər sosial şəbəkə və onlayn mediada təhsilverənlərin də vahid formasının olması ehtimal olaraq gündəmə gəlib.

 

 

Həmin məsələ ilə bağlı TehsilForumu.Az bəzi şəxşlərin fikirlərini öyrənib  

 

“Müəllim və şagirdi tam çərçivəyə salmaq o dərəcədə düzgün deyil”

 

Bu sözləri açıqlamada “Hədəf” şirkətlər qrupunun direktoru, təhsil mütəxəssisi Şəmil Sadiq deyib:

 

“Son vaxtlar bu mövzu ilə bağlı fikirlər sosial şəbəkələrdə geniş yayılıb. Mənim düşüncəmə görə ümumiyyətlə müəllimi və şagirdi tam çərçivəyə salmaq o dərəcədə düzgün deyil.  

 

Əlbəttə nizam-intizam baxımından müəyyən geyim qaydalarına riayət etmək lazımdır. Ümumiyyətlə, məktəbdə müəllimin geyim qaydalarına nəzarət olunması vacibdir. Mən müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyiləm. Günümüzdə nəinki Azərbaycanda dünyada belə bunu etmək çətin mövzudur. Çünki hazırkı insanların yaşamı, güzaranı buna uyğun deyil. Məktəbdə müəllimin özünəməxsus geyim tərzi olmasına və ona nəzarət olunmasının tərəfdarıyam”.

 

Mövzu ilə bağlı təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmli də fikirlərini bizə bildirib.

 

 

“Vahid müəllim formasına ehtiyac yoxdur, amma, “dres kod”una ehtiyac var”.

 

 “Dres kod o deməkdir ki, müəyyən bir çərçivə hazırlanır ki, müəllimlər bu formada geyinsin. Məsələn: şalvar ətək köynək standart olsun. Həmçinin, müəllim bəzək əşyalarından istifadə edirsə bu müəyyən çərçivədə olsun.

 

 

Fikrimcə, ümumi vahid forma insanların özünəməxsusluğunu aradan qaldırır. Hərkəsi eyni formaya salmaq ənənəvi bir üslubdur. Müəllimləri eyni formaya salmaq sənayə inqilabı dövründəki məktəblərə oxşayır ki, fikrimcə buna ehtiyac yoxdur. Biz demokratiyanın daha da irəliləməsinə çalışırıq bu məqamda hamını eyniləşdirmək, müəllimləri vahid formaya salmaq düzgün deyil. Bu müəllim müstəqilliyindən geriyə dönmək olar”

 
0 0

Şərhlər

Oxşar xəbərlər