Məktəblərdə monitorinqlər başladı:Nizam- intizam qaydaları
21-05-2024, 13:30
750

Məktəblərdə monitorinqlər başladı:Nizam- intizam qaydaları

Məktəblərdə daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə monitorinqlərə başlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlukəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin birgə təşkil etdiyi monitorinqlərdə hər iki qurumun nümayəndələri və valideyn icmasının üzvləri iştirak ediblər.

Monitorinqlər çərçivəsində şagirdlərlə maarifləndirmə işi aparılıb və müvafiq məsələlərlə bağlı onlara tövsiyələr verilib.  

Qeyd edək ki, monitorinqlərin ölkə üzrə digər ümumi təhsil məktəblərində aparılması nəzərdə tutulur.


1 0

Şərhlər

Oxşar xəbərlər