Məktəb direktoru işdən azad olundu
21-05-2024, 14:30
510

Məktəb direktoru işdən azad olundu

TehsilForumu.Az təqdim edir.Qazax-Tovuz Regional Təhsil İdarəsinin açıqlaması

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub. 

 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
0 0

Şərhlər

Oxşar xəbərlər