Azərbaycanda ilk dəfə “Ekonəqliyyata keçid” sərgisi keçriləcək- ELAN
21-05-2024, 14:47
220

Azərbaycanda ilk dəfə “Ekonəqliyyata keçid” sərgisi keçriləcək- ELAN

TehsilForumu.Az təqdim edir .

Hörmətli həmkarlar,

Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 May 2024-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi  baş tutacaqdır. Sərgidə elektrik və hibrid avtomobilləri, elektrik velosiped və skuterləri istehsal edən və satışını həyata keçirən şirkətlərinin nümayəndələri, elektro nəqliyyat üzrə ekspertlər iştirak edəcəkdir. 

Ünvan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət 

Peşə Təhsil Mərkəzi (Koroğlu Rəhimov küçəsi 76, Elit TM-in yanı) 

Saat: 10:00

Əlaqədar şəxs: Əsmər xanım - +994 77 305 70 81
0 0

Şərhlər

Oxşar xəbərlər