Ucqar kəndlərdə şagirlərin məktəbə çatdırılması üçün  avtobuslar ayrıla bilər-  VACİB
7-01-2022, 16:06
274

Ucqar kəndlərdə şagirlərin məktəbə çatdırılması üçün avtobuslar ayrıla bilər- VACİB

Hazırda ümumi orta təhsildə əsas problemlərdən biri də ucqar dağ kəndlərində şagirdlərin təhsilə əlçatanlığı məsələsidir.

 

TehsilForumu.Az  xəbər verir ki, bir sıra rayonlarda kənd məktəblərinin şəraiti, ümumi vəziyyəti tədris üçün uyğun halda deyil. Bəzi ucqar kəndlərdə isə ümumilikdə məktəb yoxdur, belə olan halda orada yaşayan şagirdlər qonşu kəndlərdə yerləşən məktəblərə üz tutmalı olur.

 

Xüsusi ilə qış aylarında azyaşlıların hər gün uzaq məsafələri qət edərək təhsil ocağına yollanması ciddi çətinliklə başa gəlir. Hətta zaman-zaman onları ailə üzvlərinin müxtəlif vasitələrlə daşımasının şahidi oluruq.

 

Bəs bu tip problemləri necə həll etmək mümkündür? Nə kimi vasitələr tətbiq oluna bilər?

 

Mövzu ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov problemin həlli üçün ibtidai məktəblərin şəbəkələşməsinin effektiv ola biləcəyini vurğulayıb:

 

“Ümumilikdə, bizim ucqar dağ kəndlərində bu problemlər həmişə olub.  Hətta mənim də böyüdüyüm Lerik rayonu belə problemlərin olduğu rayonlardan biridir. Yəni bu problem mənə yaxşı tanışdır.

 Hazırki vəziyyətdə ümumi təhsil məktəblərinin əhatəliliyi kifayət qədərdir. Amma düşünürəm ki, kiçik məktəblərdə belə deyək ibtidai məktəblərin, I-IV sinif məktəblərinin şəbəkələşməsini genişləndirmək daha effektiv olardı. Yerdə qalan ümumi orta və tam orta məktəbləri isə hazırkı vəziyyətdə əhatəliliyi mövcuddur. 

Ucqar kəndlərdə kiçik yaşda uşaqların qonşu kəndlərə getməsi, xüsusi ilə də hava şəraiti bağlı çətinlik törədir. İstər yaz, istər payız, istərsə də qış aylarında bu problem müşahidə olunur. Düşünürəm ki, bu tip kəndlərdə ibtidai məktəblərinin sayının artırılması həmin problemi aradan qaldıracaq. Hər kiçik məktəbdə 10, 15, 20 uşaq üçün ümumilikdə 1 ümumi orta, yaxud tam orta təhsil məktəbinin yaradılması da effektivdir. Amma hazırki vəziyyətdə belə ucqar kəndlərdə ibtidai məktəblərin olması dediyimiz problemi aradan qaldıra bilər”.

 

Ekspert ən rahat yol kimi dövlət tərəfindən şagirdlərin məktəblərə çatdırılması üçün avtobusların ayrılmasını təklif edib:

 

“Məktəblərin, xüsusi ilə kənd məktəblərinin mərkəzləşdirilməsi məsələsi əsasən, 1970-ci illər Türkiyə təcrübəsində özünü göstərib. O zaman dövlət buna görə xüsusi nəqiliyyat vasitəsi, avtobuslar ayırmışdı. Bu təcrübədən də faydalana bilərik. Hətta dediyimiz ibtidai məktəblərin əvəzinə bu qədər xərc çəkib yeni məktəblər tikməkdənsə, hər məktəbə, yaxud hər kəndə şagirdlərin daşınması üçün avtobuslar ayırmaq olar. Təhsilalanların məktəbə çatdırılmasını asanlaşdırmaq üçün nəqiliyyat daşınmasını dövlət öz üzərinə götürə bilər. 
0 0

Şərhlər

Oxşar xəbərlər