Sumqayıtda bu məktəb 4 ildir, bağlıdır - FOTO
12-01-2023, 17:01
260

Sumqayıtda bu məktəb 4 ildir, bağlıdır - FOTO

18-ci mikrorayonda yerləşən təhsil ocağı dağılmış vəziyyətdədir. Bu səbəbdən məktəb 2019-cu ildən təmir işləri üçün bağlanıb. Lakin üstündən 4 il keçməsinə baxmayaraq, burada hər şey olduğu kimi qalmaqdadır.

TehsilForumu.Az xəbər verir ki, Tehsil.biz bu barədə sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, pedaqoji heyət və şagirdlər müvəqqəti olaraq 16 nömrəli məktəbin yanındakı köhnə türk liseyinin binasına köçürülüblər. Valideynlər aidiyyəti qurumlara məsələ ilə bağlı müraciət etdikdə isə hər il eyni cavab alırlar: “Məktəbiniz tikiləcək, gözləyin”.

“Yol uzaq, bilmirik yol pulu verək ya uşağa yemək alaq. Qalmışıq pis vəziyyətdə, maraqlanan da yoxdur. Tədris ili başlayanda pulsuz servislərin veriləcəyi deyilmişdi. Ondan da bir xəbər çıxmadı”, – deyə şikayətçilər bildiriblər.

Oxşar xəbərlər