Ötən ilin təhsil təqvimi - Elm və Təhsil Nazirliyi
6-01-2024, 08:36
416

Ötən ilin təhsil təqvimi - Elm və Təhsil Nazirliyi

2023-cü ilin təhsil təqvimi açıqlanıb.
TehsilForumu.Az xəbər verir ki , bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Məktəbəhazırlıq qrupları

Ümumi təhsil müəssisələrində 91 min nəfər məktəbəhazırlığa cəlb edilib.

5 yaşlı uşaqların təhsilə cəlbolunma səviyyəsi 2013-cü ildəki 24 faizdən cari tədris ilində 87 faizə çatdırılıb.
Məktəbəqədər və ümumi təhsil2023-cü ildə 57 mindən çox uşaq elektron qaydada məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.

İcmaəsaslı məktəbəqədər təhsil qrupları

Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 939 icmaəsaslı məktəbəqədər təhsil qrupunda 16 550 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.136 947 uşaq birinci sinfə gedib

Ölkə üzrə I sinfə 136 947 uşaq qəbul edilib.

İnklüziv təhsil

“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” layihəsinin əhatə dairəsinə 13 region üzrə 40 ümumi təhsil müəssisəsi daxil olunub

Yenilənən dərsliklər

2023–2024-cü tədris ilində ümumi təhsil müəssisələri üçün 61 adda dərslik yenilənib.

 318 adda 7 758 970 nüsxə dərslik çap edilib və məktəblərə çatdırılıb. 21 adda dərsliyin Brayl əlifbasında törəmə nəşrləri hazırlanaraq çap edilib və xüsusi təhsil müəssisələrinə çatdırılıb. 4 azsaylı xalqın dilində 13 adda dərslik yenilənib və 19 150 nüsxədə çap edilərək ümumi təhsil müəssisələrinə çatdırılıb.  

Pilot dərsliklər

 8 fənn üzrə dərslik komplekti pilot sınağı başa çatdırıldıqdan sonra istifadəyə verilib.
Ümumi təhsil müəs­sisə­ləri üçün 12 adda tədris resursu hazırlanaraq ölkə üzrə 250-dən çox sinifdə pilot sınağı keçirilib.
69 məktəbdə yeni hazırlanan 9, 110 məktəbdə isə 13 adda dərsliyin monitorinqi təşkil olunub.
Elektron dərsliklər
2023-cü ildə video.edu.az portalındakı videoresursların sayı 19 500-ü ötüb.

İstifadəyə verilmiş 61 adda dərslik və metodik vəsait www.trims.edu.az səhifəsində yerləşdirilib. Ümumilikdə səhifədə ümumi təhsil müəssisələri üçün 1 014 resurs istifadəyə açıqdır.  

İstifadəyə verilmiş 61 adda dərsliyin interaktiv variantı www.e-derslik.edu.az platformasında yerləşdirilib. Hazırda portalda ümumi təhsil səviyyəsi üçün 351 resurs istifadədir.Əlavə tədris vəsaitləri

 Şagirdlər üçün 4 adda (“Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”, “Yol hərəkəti əlifbası”, “Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş dərs icmalları” “Komposito” dərs icmalları) vəsaitin elektron nüsxələri www.trims.edu.az saytının “Tövsiyə olunan tədris resursları” bölməsində yerləşdirilib. Hazırda həmin bölmədə 22 adda təlim resursu mövcuddur.

Məktəbəhazırlıq qruplarının əyani vəsaitləri

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında işin səmərəli təşkili üçün 5 adda 32 000 ədəd əlavə tədris vəsaiti (manipulyativlər) məktəblərə çatdırılıb.

Təhsil müəssisələrinin internet təminatı

Ölkə üzrə 4 305 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 1 365 fiber-optik, 1 908 simsiz və 1 032 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin olunub.
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı


2023-cü ildə 43 350 ədəd kompüter avadanlığı ölkənin təhsil müəssisələrinə paylanılıb.

Məktəb tikintisi

2023-cü ildə 40 təhsil müəssisəsində (3 peşə, 3 məktəbdənkənar, 1 internattipli, 33 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bunlardan 23 təhsil müəssisəsi istismara verilib. Daha 38 təhsil müəssisəsinin (25 tikinti, 13 əsaslı təmir və bərpa-gücləndirmə) təmir-tikinti işlərinə hazırlıq həyata keçirilir. Layihələndirilməsi aparılan 32 təhsil müəssisəsinin növbəti ildə təmir-tikintisinə başlanılması planlaşdırılır.
Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi tamamilə başa çatıb.

Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, 4 məktəbdənkənar, 12 internat, 1 kollec) isə cari təmir olunub.  

Təhsil müəssisələrinin təmir-tikintisi ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq həyata keçirilir.

Böyük Qayıdışı

İşğaldan azad edilmiş ərazilərdə 550 şagird və 84 müəllim daxil olmaqla 7 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Lisey və gimnaziyalara qəbul

Bakı şəhəri və bəzi bölgələrdə yerləşən lisey və gimnaziyaların (32 məktəb üzrə) 5, 6, 7, 8-ci siniflərinə qəbul imtahanında 22 708 nəfər iştirak edib, onlardan 19 926-sı seçimə buraxılıb, 3 815-i isə qəbul olunub.

Müəllimlərin işə qəbulu

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən, 4 368 nəfər müddətsiz, 2 351 nəfər isə müddətli müqavilə ilə işlə təmin olunub.
Əlavə yerləşdirmə mərhələsi üzrə 2 529 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1 219 nəfər uğur qazanıb.
İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi nəticəsində 91 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə təşkil edilib. 517 nəfər elektron qeydiyyatdan keçib, onlardan 300 namizəd test imtahanı mərhələsində iştirak edib, 171-i müvafiq keçid balını (30 bal) toplayaraq müsahibə mərhələsinə dəvət olunub. Oktyabr – noyabr aylarında keçirilən müsahibələrdə 165 namizəd iştirak edib, onlardan 55 nəfəri məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə uyğun hesab edilib.

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu

 Ölkə üzrə 18 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsinə 5 052 namizəd dəvət olunub. Onlardan 3 857-si test imtahanında iştirak edib. Cari tarixə qədər tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 244 namizəd işlə təmin olunub.
Hazırda regional təhsil idarələri tərəfindən elan edilmiş vakant yerlər üzrə müsahibələrin keçirilməsi planlaşdırılır.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi

2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində 29 951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb. 

Noyabr ayında sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi

801 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.
 STEAM

2023-cü ildə STEAM layihəsi 400 ümumtəhsil məktəbi və 25 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 180 min şagird STEAM tədrisinə cəlb edilib. 
Rəqəmsal bacarıqlar” layihəsi

2023-cü ildə “Rəqəmsal bacarıqlar” layihəsi 53 region üzrə 532 məktəbdə 410 000-dən çox şagirdi əhatə edib. 

28 ümumi təhsil müəssisəsində (Bakı, Sumqayıt, Mingəçevir, Gəncə) informatika təmayüllü X və XI siniflərdə 950-dən çox şagird rəqəmsal bacarıqlar üzrə təhsilə cəlb edilib.Peşə təmayüllü siniflər  

2022–2023-cü tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 196 məktəbdə 232 sinif və 4178-dən çox şagirdi əhatə edib.

Peşə təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebelquraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, İT mütəxəssisi, qrafik dizayner, kompüter operatoru ixtisasları tədris edilir.

Beynəlxalq qiymətləndirmə tədqiqatları

Beynəlxalq qiymətləndirmə tədqiqatlarında (TALIS, TIMSS, ICILS) 604 təhsilverən və 17 420 təhsilalan iştirak edib.

Məktəbdaxili qiymətləndirmə
IV siniflərdə tədris dili və riyaziyyat fənləri üzrə keçirilmiş monitorinqlərdə 153 930 şagird iştirak edib.


400-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal təşkil olunub.

Qızıl və gümüş nişanla təltif edilən məzunlar

2022–2023-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə 126 məzun qızıl, 95 məzun isə gümüş nişanla təltif edilib.   

Şagirdlərimizin yerli və beynəlxalq uğurları

Beynəlxalq olimpiadalarda ümumilikdə 130 şagird iştirak edib və 5 qızıl, 13 gümüş, 39 bürünc medal, həmçinin 24 həvəsləndirici sertifikat qazanılıb.

Ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında qeydiyyatdan keçənlərin sayı 45 933, qızıl medalçıların sayı 84, gümüş medalçıların sayı 166, bürünc medalçıların sayı isə 248 nəfər olub.

Məktəblilərarası VIII Respublika Fənn Müsabiqələrinə ölkə üzrə 31 571 şagird qatılıb, onlardan 211 nəfəri qalib olub.

Lütfi Zadə adına Məntiq Olimpiadası üzrə qeydiyyatdan keçən 18 024 iştirakçıdan 12-si qızıl, 19-u gümüş, 30-u isə bürünc medal qazanıb. Ümumilikdə 61 nəfər qalib olub.“Sabahın alimləri” XII respublika müsabiqəsi.

“Sabahın alimləri” XII respublika müsabiqəsində 8 istiqamət üzrə 162 layihə ilə 278 şagird yarışıb. Müsabiqədə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə (36 kollektiv, 12 fərdi) üzrə 84 şagird layiq görülüb.

Qaliblər arasından seçilən 7 layihənin 10 nəfər şagirdi ölkəmizi ABŞ-nin Dallas şəhərində keçirilən “Regeneron ISEF”də təmsil edib.
Azərbaycan müəllimlərinin XVI qurultayı

15 – 16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayıkeçirilib. Müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk qurultay kimi tarixə düşüb.

Peşə təhsili

Tələbə sayı 21 000 nəfərə yaxın olub

72 peşə təhsili müəssisəsində 128 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 113 925 müraciət daxil olub, 20 563 nəfər isə tələbə adını qazanıb. Onlardan 13 632 nəfəri kişi, 6 931-i isə qadındır. 17 022 nəfər dövlət sifarişli, 3 541 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 8 faiz artıb.

Doktorant və gənc tədqiqatçıların XXVI respublika elmi konfransı  

Konfrans üçün müxtəlif bölmələr üzrə 279 tezis göndərilib. Konfransda məruzə üçün qəbul alan şəxslərin 199-u təqdimatla çıxış edib.
0 0

Şərhlər

Oxşar xəbərlər