Nazir: "Vətəndaşlarımızın təhsil hüququ tamamilə təmin edilir"
24-01-2023, 13:00
275

Nazir: "Vətəndaşlarımızın təhsil hüququ tamamilə təmin edilir"

TehsilForumu.Az xəbər verir ki, nazirin feysbuk səhifəsindəki paylaşımda deyilir:

"Qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunu artırmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı əsasında yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. 

Dünyanın müxtəlif yerlərində insanların təhsil hüququ fərqli şəkildə həyata keçirilir. Məhz bu səbəbdəndir ki, bəşəriyyətin təhsildən kənarda qalmaması üçün hazırkı dövrdə ömürboyu təhsil və müstəqil öyrənmə anlayışlarına xüsusi diqqət çəkilir. Ölkəmizdə təhsil hər kəs üçün əlçatandır və vətəndaşlarımızın təhsil hüququ tamamilə təmin edilir".
0 0

Şərhlər

Oxşar xəbərlər