Misir Mərdanovla Emin Əmrullayev ilk dəfə görüşüb
29-11-2022, 13:48
1 012

Misir Mərdanovla Emin Əmrullayev ilk dəfə görüşüb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovla elm və təhsil naziri Emin Əmrullayev arasında görüş olub.

TehsilForumu.Az xəbər ki, bu barədə Misir Mərdanov feysbuk hesabında paylaşım edib.

“Riyaziyyat və Mexanika İnstitutunda elm və təhsil naziri Emin Əmrullayev və Təhsildə Keyfiyyət Agentliyinin rəhbəri Ülkər Səttarova ilə görüşdüm. Görüş zamanı nazir ilə institutun hazırkı vəziyyətini və perspektivlərini müzakirə etdik. Elm və təhsil naziri ilə ilk görüşümüz uğurlu oldu, görüşdən razı qaldım.

Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı”na əsasən, Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”, - paylaşımda deyilir.
0 0

Şərhlər

Oxşar xəbərlər