Hər böyük iş yalnız başlanğıcda çətin görünür…
27-01-2024, 15:39
548

Hər böyük iş yalnız başlanğıcda çətin görünür…

TehsilForumu.Az- Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə Inkişaf və Innovasiyalar üzrə 7-ci grant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olarkən həm sevinmişdim, sevindiyim qədər də həyəcanlanmışdım. Sevinirdim ona görə ki, müsabiqə qalibi kimi təhsilimizə kiçik də olsa bir tövfə vermək şansı qazanmışdım. Həyəcanlanırdım ona görə ki, "English speaking for kids"layihəsinin öhdəliklərini ucqar bir kənddə yerinə yetirmək mənə nəsib olacaqmı... layihənin əsas məqsədi uşaqlarda danışıq bacarıqlarının inkişaf etdirilməsi idi. Layihəyə 3 məktəbdən 40 nəfər 2 ci, 3 cű, 4 cű siniflərdən olan şagirdlər cəlb olunmalı, layihənin műddətinə əsasən uşaqların 5 ay ərzində danışıq bacarıqlarını inkişaf etdirib, műəyyən səviyyəyə çatdırıması layihədə əsas hədəf olmalı idi. Özümə inam və çalışqanlığıma güvən ümidlərimi xeyli artırırdı. Çox keçmədi ki, həyəcanım sovuşdu.
Rayonda bu layihə böyük maraqla qarşılandı, bunu eşidən butun valideynlər usaqlarının bu layihəyə cəlb olunması üçün uzun yol qət etməli oldular. Layihədə 40 nəfər şagird nəzərdə tutulduğu halda, layihədə rayonumuzun 15 -dən çox məktəblərindən olan 70-ə yaxin sagird cəlb olundu. Artıq, layihənin liderləri də müəyyənləşib. Aydınzadə Abdullah barəsində danişmaq istəyirəm Abdullah 10 yaşinda olmasina baxmayaraq çox çalışaraq layihə sayəsində ingilis dilində sərbəst danişa bilir. layihənin 3 aydır davam etməsinə baxmayaraq Abdullah Elementary səviyyəsindən B1 səviyyəsinə yüksəlib və təbii ki Abdullah kimi layihənin digər şagirdlər də məsələn, Mikayılzadə Nurxan, Rəhimli Rəsul, Əsədli Humay, Ismayılzadə Səbinə, Məmmədzadə Ayan, Əlizadə Leyla, Babazadə Güney, Heydər Əli Ismayılzadə, Şəbnəm, Gülnaz və digər çalışqan şagirdlər də layihənin qarşıya qoyduğu hədəfə çatmaq üzrədirlər.
Layihədə şagirdlərin sayının çox olmasindan asili olmayaraq bu nəticəni əldə etmək sevindirici haldir. Dərsi uşaqlara sevgi ilə öyrədirəm, sevgi ilə görülən iş mütləq bəhrəsini verir. Təhsil harda mən ordayam. Bir müəllim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Azərbaycan təhsili üçün nəsə edə bilirəmsə nə xoş mənə. Onu da qeyd edim ki, layihə rəhbəri olmağımla yanaşı həm də layihənin təlimçisi kimi fəaliyyət göstərirəm. Maddi maraq güdmədən təlmçi kimi fəaliyyət göstərməyimdə məqsəd layihədə nəzərdə tutulmuş hədəfə maksimum çatmaq üçün bütün ağırlığı öz üzərimə göturmus, öyrətmək sevgisini layihəyə əsasən daha çox şagirdə ötürməyə çalısmışam. Fəaliyyətim dőnəmində bir çox uğurlar əldə etmişəm, bir sıra beynəlxalq sertifikatlara, təşəkkurnamələrə, layiq görülmüş, müxtəlif fəxri fərmanlarla təltif olunmuşam. Yűzlərlə şagirdim yűksək balla műxtəlif nűfuzlu universitetlərə qəbul olunublar.
Respublika üzrə 100 azərbaycanlı ingilis dili müəllimindən biri kimi Şimali Karolina Dövlət Universiteti tərəfindən icra olunan və ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən İngilis Dili Təlimi sertifikat proqramına seçildiyim üçün özümü xoşbəxt hiss edirəm.Tez- tez müxtəlif qurumlardan təşrif buyran qonaqlarla maraqlı görüşlərimiz olur. Onların gəlişi və müvafiq tövsiyələri bizi daha da ruhlandırır və yeni uğurlara sövq edir. Bu uğurumda mənə mənəvi dəstək verərək daha da ümidləndirdiklərinə görə Respublikamızın tanınmış təhsil mütəxəssisi Nadir İsrafilova, “Təhsil Forumu” sosial platformasının rəhbərliyinə, şəxsən Emil Tağızadə və Aynurə Abdullayevaya, mənim bu sevincimi bölüşən hər kəsə öz səmimi təşəkkürümü və  dərin minnətdarlığımı bildirirəm.

Pərvanə Nəsirzadə 
Astara rayon Şahağac kənd 2 sayli orta məktəbin ingilis dili műəllimi



0 0

Şərhlər

Oxşar xəbərlər