Nadir İsrafilov: “Mən gənclərə göstərilən mənəvi dəstəyin nə olduğunu yaxşı bilirəm... “
27-10-2023, 15:27
488

Nadir İsrafilov: “Mən gənclərə göstərilən mənəvi dəstəyin nə olduğunu yaxşı bilirəm... “

TehsilForumu.Az təqdim edir 

“Karyera yüksəlişimdə ən böyük qazancım gəncliyimdə mənə verilən dəstək olub.”
Gənc müəllimlərlə bir arada olmaq, onlara ən azından mənəvi dəstək verməyin nə olduğunu çox yaxşı başa düşürəm. Təyinatla göndərildiyim kənd müəllimliyindən, təhsilin yuxarı idarəetmə orqanlarında 50 illik fəaliyyətim sahəsində qazandığım təcrübəyə əsasən bu ənənəyə sadiq qalmaq artıq mənim bir növ həyat kredoma çevrilib. Çünki, özüm də bu yolu keçmişəm və karyera yüksəlişimdə nəyə nail olmuşamsa, bu, gəncliyimdə mənə verilən dəstəyin hesabına olub. Bəlkə də, bu gün müəllim, xüsusilə də gənc müəllimlər qədər diqqətə, qayğıya və dəstəyə ehtiyacı olan ikinci peşə sahibi yoxdur. Gənclər bizim gələcəyimizdir, təhsilimizin gələcəyi isə gənclərimizin əlindədir. Ona görə də, cəmiyyət müəllim adını yaşatmalıdır ki, müəllim də təhsili yaşada bilsin. Gənclərə də tövsiyyəm odur ki, ilk növbədə sizə veriləcək dəstəkdən lazımınca bəhrələnin və vaxtı gələndə siz də öz dəstəyinizi gələcək nəsillərdən əsirgəməyin.
Gənclərlə bir arada olmaq, onlara əlimdən gələn dəstəyi göstərmək, bir sözlə uzunillik ənənəmə sadiq qalmaq istəyimdən Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII grant musabiqəsinin qalibi, Astara rayon Şahağac kənd D. Əsədov adina 2 sayli orta məktəbin ingilis dili műəllimi, AGMA nın Lənkəran Astara Regional idarəsi üzrə koordinatoru Nəsirzadə Pərvanə Nazim qızının təqdimatında iştirakımla bağlı “Təhsil Forumu” sosial platforması rəhbərliyinin dəvətindən imtina edə bilməyərək, Astara rayonuna uzun bir yol qət etməli oldum.
Rayon Təhsil şöbəsi nümayəndəsinin, məktəb rəhbərlərinin, müəllimlərin, valideyn və şagirdlərin iştirakı ilə Astara rayon Gənclər evində keçirilən tədbirdəki çıxış və təbriklərdən məlum oldu ki, fərdi kateqoriya űzrə layihə qalibi sözü gedən məktəbin ingilis dili müəllim Nəsirzadə Pərvanə Nazim qızı fəaliyyəti dőnəmində bir çox uğurlar əldə edib, bir sıra beynəlxalq sertifikatlara, təşəkkurnamələrə, layiq görülüb, müxtəlif fəxri fərmanlarla təltif olunub. Yűzlərlə şagirdi yűksək balla műxtəlif nűfuzlu universitetlərə qəbul olunublar. Qalib layihənin əsas məqsədi uşaqlarda danışıq bacarıqlarının inkişaf etdirilməsidir. Layihəyə təxminən 10 məktəbdən 40 nəfər 2 ci, 3 cű, 4 cű siniflərdən olan şagirdlər cəlb olunublar. Layihənin műddəti 5 aydir. Uşaqların 5 ay ərzində danışıq bacarıqlarını inkişaf etdirib, műəyyən səviyyəyə çatdırıması layihədə əsas hədəfdir.
Bəli, bu gün Vətənimiz Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. O da danılmaz faktdır ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və olmaqdadır. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir, ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində regionlarda təhsilin inkişafına xüsusi önəm verilir. İslahatlara bacardığı töhfəni vermək isə, müəllim adını uca tutan hər bir gəncin mənəvi borcudur.
Doğum günü bu günə təsadüf ediləm Nobel mükafatı laureatı Teodor Drayzerin ibrətamiz bir tövsiyyəsi var: “Həyatımızda ən yaxşı mükafat dəyəri olan işlə məşğul olmaq imkanıdır. Sadəcə bacardığınıza inanmaq lazımdır - və siz artıq hədəfin yarısındasınız. Harada olursunuzsa olun, əlinizdəkilərlə edə biləcəyinizi edin. Kiçik işi böyütmək bacarığı olana böyük işlər tapşırırlar.”
Tədbirdən xoş əhval-ruhiyyə ilə ayrılarkən TKT Cambridge universitetinin bir hissəsi olan Cambridge ESOL tərəfindən təqdim olunan beynəlxalq səviyyədə tanınmış və yüksək standartlara malik dil imtahanında iştirak edərək uğur qazanan, harada olursa olsun, əlindəkilərlə edə biləcəyini edən, kiçik işi böyütmək bacarığına sahib olan Nəsirzadə Pərvanə Nazim qızına böyük işlər tapşırılması ümidi və arzusu ilə Nadir İsrafilov




0 0

Şərhlər

Oxşar xəbərlər