”Yüksək gözləntilər uğurun açarı, yaxşı başlanğıc uğurun yarısıdır...”
27-11-2023, 12:40
566

”Yüksək gözləntilər uğurun açarı, yaxşı başlanğıc uğurun yarısıdır...”

TehsilForumu.Azt əqdim edir.

“Uğura gedən qətiyyətli yolumuzdan dönmək fikrində deyilik”
Bu gün Vətənimiz Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. O da danılmaz faktdır ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və olmaqdadır.Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir, ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində regionlarda təhsilin inkişafına xüsusi önəm verilir. İslahatlara bacardığı töhfəni vermək isə, müəllim adını uca tutan hər bir gəncin mənəvi borcudur.
Fərdi kateqoriya űzrə layihə qalibi kimi fəaliyyətim dőnəmində bir çox uğurlar əldə etmiş, bir sıra beynəlxalq sertifikatlara, təşəkkurnamələrə, layiq görülmüş, müxtəlif fəxri fərmanlarla təltif olunmuşam. Yűzlərlə şagirdi yűksək balla műxtəlif nűfuzlu universitetlərə qəbul olunublar.Qalibi olduğum Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə keçirdiyi 7-ci Grant müsabiqəsinin əsas məqsədi Astara və digər rayonların ingilis dili müəllimləri ilə əməkdaşlıq çərçivəsində uşaqlarda danışıq bacarıqlarının inkişaf etdirilməsidir. Layihəyə təxminən 10 məktəbdən 40 nəfər 2 ci, 3 cű, 4 cű siniflərdən olan şagirdlər cəlb olunublar. Layihənin műddəti 5 aydir. Uşaqların 5 ay ərzində danışıq bacarıqlarını inkişaf etdirib, műəyyən səviyyəyə çatdırıması layihədə əsas hədəfdir.
Fərəhləndirici hal odur ki, layihəmizdə uşaqlarda yüksək aktivlik muşahidə olunur. Layihədə 40 şagirdin iştiraki nəzərdə tutulsa da usaqlarin sayi artıq 70-i ötub və hələ də muraciet edənlərin sayı durmadan artmaqda davam edir. Baxmayaraq ki, layihəyə cəlb olunmaq üçün Astaranin cəmi 3 məktebi nəzərdə tutulmusdu, bununla belə, hazırda bu mətblərin sayı 15-ə çatıb. Tez-tez müxtəlif qurumlardan təşrif buyran qonaqlarla maraqlı görüşlərimiz olur. Onların gəlişi və müvafiq tövsiyələri bizi daha da ruhlandırır və yeni uğurlara sövq edir.
Bir daha şahidi oluruq ki, yüksək gözləntilər uğurun açarı, yaxşı başlanğıc uğurun yarısıdır. Uğura gedən qətiyyətli yolumuzdan dönmək fikrində deyilik.
Pərvanə Nəsirzadə
Astara rayon Şahağac kənd 2 sayli orta məktəbin ingilis dili műəllimi
2 0

Şərhlər

Oxşar xəbərlər