"Müəllimlərimizi Tanıyaq" -  Gülyanə Bəşirova
21-10-2023, 12:58
492

"Müəllimlərimizi Tanıyaq" - Gülyanə Bəşirova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Gülyanə Bəşirova haqqında danışacağıq.

Gülyanə Bəşirova Qüdrət qızı 03 avqust 1973-cü ildə Ağdərə rayonu Sırxavənd kəndində ziyalı ailəsində anadan olmuşdur.
1980-ci ildə 7 yaşında Ağdərə rayonunun Sırxavənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbin məzunu olmuşdur. 
1991-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir.
2002-ci ildə Ağadam rayonu 78 nömrəli tam orta məktəbdə, 2003-cü ildən isə əlavə olaraq Kəlbəcər rayonu 92 nömrəli tam orta məktəbdə ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. 
21 illik pedaqoji iş təcrübəsi vardir. Hal-hazirda hər iki məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 
Azərbaycan Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir çox təlim, seminar və vebinarlarinda iştirak edib sertifikatlara layiq görülmüşdür.
 2018-2019-cu tədris ilində məktəbdə təşkil olunmuş “Nəsimi ili” və “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü”nə həsr olunmuş tədbirin keçirilməsində yaxından iştirak etmiş və Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən Bəşirova Gülyanə Qüdrət qızı xüsusi təltifnamə ilə təltif olunmuşdur. 
Bəşirova Gülyanə Qüdrət qızı işini sevən peşəkar bir müəllim kimi kollektivin eyni zamanda şagirdlərin yüksək rəğbətini qazanmışdır.
4 0

Şərhlər

Oxşar xəbərlər