"Müəllimlərimizi Tanıyaq" - Şahanə Xəlilova
21-10-2023, 07:30
454

"Müəllimlərimizi Tanıyaq" - Şahanə Xəlilova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Şahanə Xəlilova haqqında danışacağıq 

Xəlilova Şahanə Rafael qizi 22 aprel 1986- ci ildə Cəbrayıl rayonu Çərəkən kəndində anadan olmuşdur.
1991- ci ildə 5 yaşında V.İsmayilov adina Çərəkən kənd tam orta məktəbinin 1- ci sinfinə daxil olmuşdur.
2002- çi ildə Cəbrayıl rayonu 7 saylı tam orta məktəbin məzunu olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogika və metodikası fakültəsinin ibtidai sinif müəllimi ixtisasıni qəbul olmuşdur.
2005- çi ildən pedaqoji iş fəaliyyətinə başlamışdır. 18 illik pedaqoji iş təcrübəsi vardir.Hal-hazirda Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir.
Azərbaycan Elm və Təhsil Nazirliyinin, AGMA -nin təşkil etdiyi bir çox təlim, seminar və vebinarlarinda-Oxu təlimi, Yeni dərsliklərin təşkili, Məktəbəqədər hazirliq təlimi, İxtisasartırma təlimində iştirak edib sertifikatlara layiq görülmüşdür,eyni zamanda məktəb rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir.
Keçirilmiş müəllimlərin sertifikasiya imtahanından 52 bal toplamışdır. ARTİ- nın təşkil etdiyi Metodist hazırlığı musahibəsindən uğurla keçmişdir və hal-hazırda ARTİ Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində təşkil olunan Metodist müəllim hazırlığı təlimində fəal iştirak edir.
Eyni zamanda Türkiyə və Avropa ölkələrinin birgə təşkil etdiyi eTwinning layihəsində iştirak edib Türk müəllimləri ilə birgə uğurlu layihələr həyata keçirir.
2 0

Şərhlər

Oxşar xəbərlər