"Müəllimlərimizi Tanıyaq" - Gülyanaq Əliyeva
16-01-2023, 21:10
823

"Müəllimlərimizi Tanıyaq" - Gülyanaq Əliyeva


" Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Gülyanaq Əliyeva haqqında danışacağıq :

Əliyeva Gülyanaq Dəmir qızı 1974 –c ü ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur.

1993- cü ildə BDU-nun Coğrafiya fakultəsinə qəbul olmuşdur. 1997-ci ildə ali məktəbi bitirmiş və elə həmən ildən İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətə başlamışdır.

Müəllim kimi fəaliyyətə başladığı ildən şagirdləri həm coğrafiya, həm də tarix fənnindən olimpadalarda rayon və zona turlarında qalib olmuşdular.

 2002-2003- ci tədris ili, 2006-2007-ci tədris ili, 2007-2008-ci tədris ili, 2008-2009-cu tədris ilində şagirdləri fənn olimpiadasının respublika turunda Azərbaycan tarixi fənnindən 1 dəfə II, 2 dəfə III, 1 dəfə IV yer tutmuşdular.

2006-cı ildə AMİ-nun Şamaxı filialında Tarix ixtisasına yiyələnib.

2011-2012-ci, 2012-2013-ci, 2013-2014-ci və 2014-2015-ci tədris illərində Azərbayacn Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekalogiya İdarəsinin, Azərbayacn Respublikasının Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, UNİCEF-in Azərbaycandaki nümayəndəliyinin, həyata keçirdiyi “ Ətraf Mühitə Töhfəmiz” məktəblilərinin Respublika Ekoloji Formunda, “Meşələri qoruyaq” gənc meşəçilərin Respublika müsabiqələrində şagirdləri 2 dəfə I ci yer, 1 dəfə II ci yer, 1 dəfə IV yerə layiq görülmüşdür.

 2017-2018-ci tədris ilində şagirdi “Elektron təhsil “ Respublika müsabiqəsində “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiya üzrə qalib olmuşdur.

 2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı” na əsasən keçirilən “Dayanıqlı inkşaf üçün ekoloji təhsil” layihəsi çərçivəsində “ Eko səyahət” respublika uşaq qısa film müsabiqəsində rəhbərlik etdiyi “ Yaşıl Patrul” komandası qalib gəlmişdir.

 “Promethan interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsində iştirak etmiş və sertifikata layiq görülmüşdür.

   Müxtəlif təlimlər, kurslar, seminarlar və forumlarda uğurla iştirak etmişdir.

   Bir neçə dəfə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı, İsmayıllı RTŞ- nin müdürü, TİAHİ İsmayıllı RK- nın sədri, məktəb rəhbərliyi, kənd bələdiyəsi tərəfindən, sosial şəbəkədə "Təhsil Forumu" sosial platforması tərəfindən "Fəal müəllim" fəxri fərman və diplomlara layiq görülmüşdür.

 2019-cu ildə “İlin ən yaxşı tarix müəllimi” rayon müsabiqəsində I yerə layiq görülmüşdür. 

  Rayon və Respublika qəzet və jurnallarında dəfələrlə məqalələri dərc edilmişdir.

“eTwinning plus “ layihəsi çərçivəsində müxtəlif ölkələrlə layihələr hazırlamış, milli və beynalxalq keyfiyət nişanlarına layiq görülmüşdür. 

1-3 may 2019-cu il tarixində Bakı şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə, Rəqəmsal təhsil/ Dijital egitim” adlı seminarda müvəffəqiyyətlə iştirak etmişdir.

2020-ci il 27 dekabr tarixində onlayn keçirilən “Türkiye- Azerbaycan - Proje fikirleri ve ortak bulma forumu”nda çıxış etmişdi.

19-21 dekabr 2022-ci il tarixlərində Şamaxı şəhərində eTwinning Şamaxı Regional Konfransında iştirak etmişdir.

2018 -2019-cu tədris ilində “ Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinin rayon mərhələsində fəal iştirakına görə sertifikata layiq görülmüşdür.

 “ İnfourok” olimpiadasında şagirdləri bir neçə dəfə qalib gəlmiş və özü təşəkkür namələrə layiq görülmüşdür. Bundan başqa “ Novıyurok” və “Multiurok” beynalxalq distant təhsil proyektlərində iştirak etmiş və sertifikatlar əldə etmişdir.

  Tarixi hadisələrlə bağlı rayon tədbirlərində çıxışlar etmişdir.

Məktəbdə müxtəlif bilik yarışları, tarixi hadisələrə həsr edilən tədbirlər təşkil etmişdir.

Məktəbdə “ŞƏHİDLƏR” muzeyi yartamışdır.

  2021-2022- ci tədris ilində Təhsil Nazirliyinin həyata keçirdiyi “ Təhsildə inkişaf və innovasiyalar üzrə “ V qrant müsabiqəsində “ Gənc peşakarlar klubu” layihəsi, 2022-2023-ci tədris ilində VI qrant müsabiqəsində “ Müəllim-valideyn- şagird triadısında psixoloji qurtuluş” layihəsi qalib gəlmişdir.

0 0

Şərhlər

Oxşar xəbərlər