"Müəllimlərimizi Tanıyaq" - İlhamə İsmayılova
20-10-2023, 12:44
448

"Müəllimlərimizi Tanıyaq" - İlhamə İsmayılova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə İlhamə İsmayılova haqqında danışacağıq .

İsmayılova İlhamə Qənbər qızı 1976-cı il iyul ayının 2-də Laçın şəhərində anadan olmuşdur.
1998-2003-cü illər ərzində ADPU-nun filologiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasında təhsil almışdır.
2004-cü ildən təyinatla Laçın rayonu 20 nömrəli tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyir.
19 illik pedaqoji fəaliyyəti dövründə peşəsini sevərək və sevdirərək tədris etmişdir. Bir çox təlim və seminarlarda iştirak edərək sertifikatlar almışdır.
Hər il dərs keçdiyi 9-cu və 11-ci siniflərdə şagirdlər buraxılış imtahanından yüksək nəticə göstərmişdir.
2007-ci ildə 7-ci sinif şagirdi “Heydər Əliyev məktəblilərin gözü ilə”inşa yazı müsabiqəsində rayon 1-cisi, respublika turunda isə fərqləndirici diploma layiq görülərək inşası kitaba düşmüşdür.
İlhamə müəllim pedaqoji sahədə gənc nəslin təlim,tərbiyəsində səmərəli fəaliyyətinə məktəbin tədbirlər planına əsasən bütün tədbirləri yüksək səviyyədə təşkil etdiyinə görə məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunmuşdur.
Elm və Təhsil Nazirliyinin keçirtdiyi “Diaqnostik” və”Sertifikasiya”imtahanlarından uğurla keçmişdir.
”Təhsil Forumu”sosial platformasını təşkil etdiyi “Mənim uğur hekayəm” layihəsində “İlin fəal pedaqoqu”diplomuna layiq görülmüşdür.
Bir müəllim kimi məqsədi vətənimizə, dövlətimizə, cəmiyyətimizə yararlı vətəndaş yetişdirməkdir.
Ən böyük arzusu böyük qayıdış başlanan Laçın şəhərində vaxtilə təhsil aldığı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirməkdir.
2 1

Şərhlər

Oxşar xəbərlər