"Müəllimlərimizi Tanıyaq" -  Esmira Abdullayeva
19-10-2023, 13:36
377

"Müəllimlərimizi Tanıyaq" - Esmira Abdullayeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Esmira Abdullayeva haqqında danışacağıq.

Esmira Abdullayeva İmran qızı 18.12.1988-ci ildə Zaqatal rayonu Faldarli kəndində anadan olmuşdur. 2010-2104-cü illər ərzində AMI-nin Zaqatala filialında "Tarix və Cografiya müəllimliyi"ixtisası üzrə təhsil almışdır.
   2018-ci ildə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Müəllimlərin İşə Qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Laçın rayon Katos kənd ümumi orta məktəbində Coğrafiya müəllimi olaraq pedoqoji fəaliyyətə davam etmişdir.
Fəaliyyət göstərdiyi təhsil müəssisəsində yeni metodlarla dərsləri tədris edərək şagirdlərin dərsə marağının artmasına ciddi səy göstərmişdir.
Pedoqoji fealiyyətini peşəkarcasına yerinə yetirdiyi üçün həm şagirdlərin,həm də məktəb kollektivinin rəğbətini qazanmışdır.

Coğrafiya fənnini sevdirməklə birlikdə, gənc nəslin savadlı, vətənpərvər, yaradıcı ruhda yetişməsini əsas məqsəd kimi qarşıda duran müqəddəs vəzifə olduğunu fədakarcasına çatdırmaqla məşguldur.

2022-ci ildə Müəllimlərin İşə Qəbulun Yerdəyişmə imtahaminda iştirak etmiş və Kəlbəcər rayon 42 saylı tam orta məktəbinə qəbul olunmuşdur.
2023-cü ildə ikinci iş yeri kimi Kəbəcər rayon 49 saylı tam orta məktəbində fəaliyyətə başlamışdır.
Müəllimlərin İşə Qəbul imtahanına hazırlaşan tələbələrə dəstək göstərərək müəllim adını almalarına səbəb olmuşdur.
 
Müəllim fəaliyyəti dövründə bir neçə təlimlərə, seminarlara qatılaraq coxlu sayda sertifkatlar və diplomlar əldə etmişdir.
0 0

Şərhlər

Oxşar xəbərlər