"Müəllimlərimizi Tanıyaq" -  Dünya Veysəlova
17-10-2023, 19:57
647

"Müəllimlərimizi Tanıyaq" - Dünya Veysəlova



 "Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Dünya Veysəlova haqqında danışacağıq....

Dünya Veysəlova Adil qızı 25.11.1997-ci il  Lənkəran rayonunda anadan olmuşdur.
2013-2017-ci illər ərzində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji "Texnologiya müəllimliyi" ixtisası üzrə təhsil almışdır. 
2022-ci ildə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Müəllimlərin Ìşə Qəbulu müsabiqəsində yüksək nəticə əldə edərək, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbində texnologiya müəllimi olaraq pedaqoji fəaliyyətə davam etmişdir.
Fəaliyyət göstərdiyi təhsil müəssisəsində yeni metodlarla dərsləri tədris edərək şagirdlərin dərsə marağının artmasına ciddi səy göstərmişdir. Pedaqoji fəaliyyətini peşəkarcasına yerinə yetirdiyi üçün həm şagirdlərin, həm də məktəb kollektivinin rəğbətini qazanmışdır. 

Texnologiya fənnini sevdirməklə birlikdə, yeni gənc nəslin savadlı, vətənpərvər, yaradıcı ruhda yetişməsini əsas məqsəd kimi qarşıda duran müqəddəs vəzifə olduğunu fədakarcasına çatdırmaqla məşğuldur.

Müəllimlərin Ìşə Qəbulu və Sertifikasiya imtahanına hazırlaşan çoxlu sayda tələbələrə dəstək göstərərək müəllim adını almalarına səbəb olmuşdur. Hal-hazırda da peşəkar təlimçi kimi fəaliyyətini davam etdirməkdədir.

Təhsil Forumu sosial platforması tərəfindən Təhsil sahəsində nümunəvi və peşəkar fəaliyyəti nəzərə alınaraq "FƏAL MÜƏLLÌM" "İLİN MÜƏLLİMİ" fəxri diplomu ilə təltif olunmuşdur.

Müəllifi olduğu texnologiya 7777-adlı test bankıda 27.03.2023 tarixində çap olunaraq ictmaiyyətə təqdim olunmuşdur. Səbirsizliklə gözlədikləri yeni müəllif olduğu kitabıda yaxın günlərdə işıq üzü görəcəkdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci müsabiqəsinin qalibi olmuşdur.(Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi).

Müəllim fəaliyyəti dövründə bir neçə təlimlərə, seminarlara qatılaraq çoxlu sertifikatlar və diplomlar əldə etmişdir.
5 0

Şərhlər

Oxşar xəbərlər