"Müəllimlərimizi Tanıyaq" - Nadilə Heydərova
19-10-2023, 06:09
537

"Müəllimlərimizi Tanıyaq" - Nadilə Heydərova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Nadilə Heydərova haqqında danışacağıq.

Heydərova Nadilə Pənah qızı 31mart 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil almışdır.
2015-ci ildə Miq imtahanında 48 bal yığıb Şamaxı rayon Nüydü kənd orta məktəbində müəllim işləmişdir.
2017-ci ildə yenidən Miq imtahanında iştirak edib 51.2144 balla İsmayıllı rayonu Surac Abbasov adına Yeniyol kənd tam orta məktəbinə işə qəbul olmuşdur. O gündən etibarən Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi həmin məktəbdə fəaliyyət göstərirəm.
İşlədiyi müddətdə bir çox layihə və vebinarlarda,təlimlərdə işləmiş, nailiyyətlər əldə etmişdir. Etvinning layihəsində 2021-ci ildə 5layihəsi həm milli, həm Avropa keyfiyyət nişanına layiq görülmüşdür.
2022-ci ildə isə qurucusu olduğu 2 layihədən milli keyfiyyət nişanı almışdır. Bunlardan əlavə Azman Təlim-tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən "İlin ən fəal müəllimi"müsabiqəsində 1-ci yerə layiq görülmüşdür, rəhbərliyi altında şagirdlərinin iştirak etdiyi "Bacarıqlı şagirdlər "müsabiqəsində 3 şagirdindən 2-si 1-ci yerə,1-i isə 3-cü yerə layiq görülmüşdür.
Müəllimlərin fəaliyyətinin stimullaşdırılması üçün keçirilən sertifikasiya imtahanından 53 bal toplamışdır. 

Hazırda Gənc Müəllimlər Akademiyasının fəal təlimçilərindən biri olub, ibtidai siniflərin Azərbaycan dili fənnindən və filologiya üzrə isə Azərbaycan dili və ədəbiyyatı üzrə onlayn əməkdaşlığının üzvüdür.
2 0

Şərhlər

Oxşar xəbərlər