"Müəllimlərimizi Tanıyaq" - Ziyafəddin Cavadov
29-12-2022, 07:10
655

"Müəllimlərimizi Tanıyaq" - Ziyafəddin Cavadov

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə - Ziyafəddin Cavadov haqqında danışacağıq .

Ziyafəddin Cavadov 15.08.1986-cı ildə Lənkəran rayonunun Jidi kəndində anadan olmuşdur.

1992-ci ildə Lənkəran rayonunun Jidi kənd əsas məktəbinin birinci sinfinə daxil olmuşdur.

2001-ci ildə həmin məktəbin lX sinfini bitirmişdir.

2001-2003-cü illərdə Gəgiran kənd orta məktəbində oxumuşdur.                                   

2005-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin ingilis dili müəllimliyi ixtisasına qəbul olunub.

 2009-cu ildə həmin kollecin ingilis dili müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.     
                                
15.09.2009- cu il tarixdən pedaqoji fəaliyyətinə Gəgiran kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlamışdır.                                   

Təhsilini davam etdirmək üçün 2010- cu ildə Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək, 374 balla Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin "Azərbaycan dili və ədəbiyyatı" müəllimliyi ixtisasına daxil olmuşdur.

2015- ci ildə Azərbaycan Müəllimi İnstitutunun Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin "Azərbaycan dili və ədəbiyyatı" müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.                                 

AMİ- də oxuduğu müddətdə bilikli və nümunəvi davranışı ilə seçildiyini görə Universitet rəhbərliyi tərəfindən "Təşəkkürnamə" yə layiq görülmüşdür.
Pedaqoji fəaliyyəti dövründə bir çox təlimlərdə iştirak etmiş,sertifikatlara layiq görülmüşdür.                               

2016-cı ildə Respublikanın ümumi təhsil müəssisələrinə keçirilən direktorların işə qəbul imtahanında iştirak edərək, 60 mümkün baldan 51- ni toplamışdır. 

2016-cı ildə DİQ imtahanlarının müsabiqə və müsahibə mərhələlərindən uğurla keçdiyi üçün Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə 01.09.2016-cı il tarixdən Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinə direktor təyin edilmişdir.          

01.09.2016-cı il tarixdən 04.03.2022-ci il tarixinə kimi Gəgiran kənd tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 

Təhsil Nazirliyinin 2022-ci ildə keçirdiyi Müəllimlərin İş Yerinin Dəyişdirilməsi Müsabiqəsində iştirak edib, uğur qazanaraq Masallı rayonu S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbinə 15.09.2022-ci il tarixdən Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunub.

 Z.Cavadovun Gəgiran kənd tam orta məktəbinə rəhbərlik etdiyi dövrdə 25 nəfər şagird ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur.

Gəgiran kənd tam orta məktəbi tarixində ilk dəfə olaraq,qız məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunması məhz Z.Cavadovun dövrünə olmuşdur.
0 0

Şərhlər

Oxşar xəbərlər