“ Müəllimlərimizi Tanıyaq “ – Anar Həsənov
29-01-2023, 16:16
618

“ Müəllimlərimizi Tanıyaq “ – Anar Həsənov

“ Müəllimlərimizi Tanıyaq “ rubrikamızda bu dəfə Anar Həsənov haqqında danışacağıq.
Həsənov Anar Gülhəsən oğlu 1988-ci il iyul ayının 29-da Əli-bayramlı şəhərində ( indiki- Şirvan ) dünyaya göz açmışdır.
1995-ci ildə Şirvan şəhər T. Bağırov adına 11 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul edilmiş, 2006-ci ildə həmin məktəbin 11-ci sinifini müvəffəqiyyətlə bitirmişdir.
2006-2008-ci illər ərzində Lənkəran şəhərində yerləşən“N”-saylı hərbi hissədə  Çevik Hərəkət Xidmətində (rütbəsi- kiçik çavuş )  sinaperçi olmuşdur. Xidməti zamanı təşəkkürnamə ilə təltif olunmuşdur.
2008-ci ildə ŞDİHK- daxil olmuş. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 86-cı illik yublileyinə həsr olunmuş Voleybol üzrə tələblər arasında keçirilən kollec birinciliyində 3-cü yerlə təltif olunub. 2012-ci ildə Fiziki tərbiyə və GÇQH- ixtisası üzrə bitirmiş.
2015-ci ildə MİQ-də iştirak edərək test məlhələsində yüksək bal toplayaraq Şirvan şəhər 5 saylı ümumi orta məktəbə Fiziki tərbiyə müəllimi adını qazanmışdır. Həmin ildədə Diaqnostik qiymətləndirmədədə iştirak edərək yüksək bal toplamış.
2016-ci ildən Fiziki tərbiyə fənni üzrə kurslarda MİQ- təlimçi kimi 7-ildi fəaliyyət göstərir. Tələbələri Respublika üzrə yüksək naliyyətlər qazanmışdır.
AGMA, Təhsil şurası, Tutorlab, AMA, Azərbaycan idman könüllərinin üzvüdür.
Müəllim fəaliyyəti müddətində fəal, aktiv müəllim olaraq hər zaman təkmilləşmək üçün yerli və beynalxalq təlimlərdə, vebinarlarda, seminarlarda, konfranslarda həm əyani, həm qiyabi iştirak edib və müxtəlif sertifikatlarla, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.


Anar müəllimə işində uğurlar və müvəffəqiyyətlər arzulayırıq.


0 0

Şərhlər

Oxşar xəbərlər