YENİ MƏNZİLİN MÜBARƏK
26-02-2024, 12:59
538

YENİ MƏNZİLİN MÜBARƏK

TehsilForumu.Az Resublikanın Əməkdar müəllimi, 1998-ci ildə Azərbaycanda “Debat” təhsil proqramının təməlini qoymüş, DVC təşkilatının təhsisçısı və ilk sədri, əfsanavi, peşəkar debatçı Püfət Nahid oğlu Əliyev 72 yaşında dünyasını dəymişdir!
Mən “Şagird” və ”Döyüşçüyəm” , mənim üçün o məkan , o fəaliyyət maraqlıdır ki, hansı ki, mən öyrənirəm, dəyişirəm, inkişaf edirəm- “ağıl və mənəviyyat baxımından pilləkanla yuxarı qalxıram.” Əgər hər səhər oyanıramsa, deməli Tanrının bəxş etdiyi “gün” nə isə öyrənmək üçündür, nə isə dərk etmək, dəyişdirmək, iş görmək, yaratmaq üçündür...”- Ustad Debatçı, novator müəllim, istedadlı, bacarıqlı, fədəkar təhsil işçisı Rüfət müəllimin həyat fəlsəfəsi, yaşam tərzi belə idi.Yorulmadan, usanmadan gənclərin yanında idi. Pedaqoji sahədə çalışan hər kəslə əmakdaşlıq edir, biliklərini məmmuniyyətlə paylaşırdı. Hər kəsin uğuruna sevinirdi. Onunla birgə bir necə metodiki vəsait və proqramların hazırlamasına imza atmışıq. Müxtəlif mövzularda dəyirmi masalar, toplantılar, müəllimlərin açıq dərslərin təşkilində Rüfət müəllimlə birgə çalışmlşıq.
Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Belə bir məhəbbət və mərhəmət payından şükürlü olan Rüfət müəllim! Dünyaya tək gəlir, Tək gedir İnsan!
Təklik deyil qorxulu!
Özünü tək hiss eləsən qorxulu!
Allahına sınan tək olamaz biləsən!
Özünü üzməyəsən!
       Deyirdin Allah məni həmişə yaxşı insanlarla rastlaşdırıb. Onlar mənim yollarımı işiqlandırıb! Öz içində olan işıq səni nurlandırıb Rüfət müəllim! İçində ola İlahi Eşq səni çoxlarında daha varlı edib! Sənin varın olan nəcib xasiyyətin, Yaradanın yaraddıqlarına olan sevgin, saf niyyətin xoşbəxtliyin oldu.
Seçdiyin peşəyə olan vurğunluğun sənin uğurun!
        Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli təhsil işçilərinin fəaliyyəti ilə bağlıdır.
Gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir müəllim. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməklə həyata keçirdiyi müqəddəs bir vəzifə, ilahi bir missiyanın daşıyıcısı Elm öyrənib öyrədənin yeri Cənnət Məkandır! Öz Cənnətini sağlığında qazandın əməlinlə, xidmətinlə!!!
Yeni Mənzilin mübarək olsun əzizimiz Rüfət müəllim!
İşinin peşəkarı ,işini sevən, işinin fədakarı ,insanlığı, sağlam düşüncə və yanaşması, ünsiyyət ilə qəlblərdə özünə taxt qurmuş Rufər  müəllimin doğmalarına, əzizlərinə , onu tanıyanlara baş sağlı veririk! Yeni mənzilin Mübarək olsun! Yerin Cənnət Məkan olsun !

Bu bir Qədər, bu bir Qismət!
Dünyaya gələn Zaman!!!
Yazın yazılan Zaman!!!
Yaradana qovuşan!!!
Bil anında yazılır!!!
Günün ,ayın, bil dəqiqən yazılır!!!

Nə tələsmək,Nə də gecikmək olmaz!!!
 Vaxt yetişən Zamanda,
Haqqına qovuşursan!!!
Doğmalarınla vidalaşırsan!!! 
Yaddaşlarda Yaşayarsan!!!
                                                                    Hörmət və ehtiramla:
 Zülfiyyə Vəliyeva  Respublikanın Əməkdar müəllimi
  ADPU ETM-nin Elmi işçısı
2 0

Şərhlər

Oxşar xəbərlər