"Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu keçirilir - YENİLƏNİB+FOTOLAR
5-11-2022, 10:23
682

"Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu keçirilir - YENİLƏNİB+FOTOLAR

Bu gün "Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu öz işinə başlayıb.

TehsilForumu.Az  xəbər verir ki, forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutu, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda keçirilir.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

"Daha təhsilli gələcək" şüarı ilə keçirilən beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal 

Bu gün "Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu öz işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutu, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda keçirilir.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

"Daha təhsilli gələcək" şüarı ilə keçirilən beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.

Forum çərçivəsində beynəlxalq spikerlərin “Öyrənənləri gələcəyə necə hazırlayaq?”, “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzularda çıxışları nəzərdə tutulub.

Forum işini davam etdirir09:47

Noyabrın 5-də “Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu işə başlayır.

Tehsil.biz xəbər verir ki, forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

Tədbir Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutunun, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda keçiriləcək.

Forum “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini, İƏİT-in "Təhsil və bacarıqların gələcəyi - 2030" sənədini, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı inkişaf məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini rəhbər tutur. Forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer olacaq.

“Daha təhsilli gələcək” şüarı ilə keçiriləcək beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.

Forumda, həmçinin UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini, İƏİT-nin Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Portuqaliya Təhsilin Qiymətləndirilməsi İnstitutunun İdarə Heyətinin sədri, PISA İdarə Heyətinin Portuqaliyadakı təmsilçisi Luiz Pereira dos Santos, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PISA üzrə koordinatoru Maye Kitsinq, PISA-nın baş analitiki Maryo Piaceçentini, ABŞ Milli Təhsil və İqtisadiyyat Mərkəzinin baş tədqiqat üzrə direktoru Tresi Börns, İƏİT-in baş analitiki, Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin direktor müavini Stefan Vinsen Lankren, İƏİT-in Təhsil və bacarıqlar şöbəsinin Təhsil tədqiqatları və innovasiyalar mərkəzində analitik Mark Fuster təqdimatlar edəcəklər.

Beynəlxalq spikerlərin “Öyrənənləri gələcəyə necə hazırlayaq?”, “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həldirmi?” və digər mövzularda çıxışları nəzərdə tutulur.


0 0

Şərhlər

Oxşar xəbərlər