Əvvəllər məqsəd sadəcə olimpiadaların şəffaflığını təmin etmək idisə, artıq belə bir problemimiz yoxdur" - Nazir
18-04-2024, 07:32
231

Əvvəllər məqsəd sadəcə olimpiadaların şəffaflığını təmin etmək idisə, artıq belə bir problemimiz yoxdur" - Nazir

"Əvvəllər məqsəd sadəcə olaraq olimpiadaları daha düzgün və müəyyən mənada şəffaf təşkil etmək idisə, hazırda bizim belə bir problemimiz yoxdur". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində təşkil olunan “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılışında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, artıq ölkə üzrə bu yarışlar tamamilə şəffaf formada həyata keçirilir və bu barədə hər hansısa narazılıq da yoxdur. 
 
"Təbii ki, hər bir yarış şəffaf olmalıdır və yarışın yalnız şəffaf olması ilə qürur duymaq əsas deyil".
 
Nazir qeyd edib ki, xüsusən 2014-cü ildən sonra ayrı-ayrı uşaqların istedadlarının müəyyən edilməsi istiqamətində müvafiq işlər davam etdirilib.
0 0

Şərhlər

Oxşar xəbərlər