Biz şagirdlərə uğurlu və uğursuz olmalarına görə yanaşa bilmərik.
17-04-2024, 13:12
230

Biz şagirdlərə uğurlu və uğursuz olmalarına görə yanaşa bilmərik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, indi həqiqətən də şagirdlər yaxşı mənada seçilirlər. 15-20 il əvvəl bu qədər gənc beynəlxalq ali məktəblərə qəbul ola bilmirdi.

"Respublika məktəbləri arasında idman və yaradıcılıq yarışları təşkil ediləcək. Bu ildən başlayaraq Gənclər və İdman Nazirliyi ilə birlikdə addımlarımızı atırıq. Məqsədimiz şagirdlərdəki digər bacarıqları da üzə çıxarmaq, istedadlarını müəyyən etməkdir. Ona görə idman və mədəniyyət sahəsi ilə bağlı təmayüllü məktəblərin də sayının artırılmasını istəyirik", - nazir vurğulayıb.
0 0

Şərhlər

Oxşar xəbərlər