“Edublog” təlim proqramına qeydiyyat davam edir - Kimlər müraciət edə bilər?
16-04-2024, 11:53
176

“Edublog” təlim proqramına qeydiyyat davam edir - Kimlər müraciət edə bilər?

Təhsilə dair müxtəlif format və mövzularda məzmunun hazırlanmasının təşviqi məqsədilə həyata keçirilən “Edublog” təlim proqramına qeydiyyat davam edir.
 
Proqram “Bir könüllü” Tələbə Təşkilatının təşkilatçılığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə həyata keçirilir. “Edublog” məzmun strategiyasının yaradılması, bloq və sosial media üçün müxtəlif məzmun formatlarının istifadəsi, uğurlu mövzu seçimi kimi bir çox istiqamətlərdə təlim sessiyaları və praktiki tapşırıqlar, komanda oyunlarını özündə birləşdirir.
 
Təlim proqramına kimlər müraciət edə bilərlər? 
 
- təhsilin idarə olunması və insan kapitalının inkişafı, eləcə də pedaqoji ixtisaslarda təhsil alan şəxslər;
jurnalistika, dövlət və ictimai münasibətlər, kommunikasiya və rəqəmsal media ixtisaslarında təhsil alan şəxslər;
- rejissorluq, operator, bədii yaradıcılıq və ekran dramaturgiyası, kinoşünaslıq və əlaqəli ixtisaslarda təhsil alan şəxslər;
- sözügedən sahə ilə həvəskar məşğul olan bütün tələbələr. 
 
Qeyd edək ki, iştirakçı sayı məhduddur və tələbələr xüsusi yaradılmış komissiya tərəfindən müsahibə əsasında seçiləcəklər. 
 
Qeydiyyat üçün keçid: https://forms.gle/5Pd6Zju53G4uDCaEA 
 
Son müraciət tarixi: 20.04.2024-cü il.
0 0

Şərhlər

Oxşar xəbərlər