Dərslərin  müşahidələr əsasında təşkili
28-03-2024, 15:32
296

Dərslərin müşahidələr əsasında təşkili

TehsilForumu.Az- Müşahidə son dərəcə rahat və əlverişli metoddur.Yaradıcı müəllimlərin fəaliyyət sahələrindən biri olan pedaqoji tədqiqatların aparılması səriştəlilik tələb edən bir prosesdir. Pedaqoji tədqiqatların aparılmasında tədqiqatçılıq səriştəliliyi bu tədqiqatların elmi-nəzəri əhəmiyyətini artırmaqla yanaşı, həm də onların praktikada tətbiqinə geniş imkanlar yarada bilir. Buna görə də pedaqoji tədqiqatların təşkili və aparılması texnologiyaları haqqında müəllimlərin elmi-nəzəri biliklərə yiyələnmələrinin mühüm əhəmiyyəti vardır. Müəllim öz üzərində daim işləməklə öz bacarıq və qabiliyyətlərini inkişaf etdirə bilər.
Müəllimin zəruri pedaqoji bacarıq və qabiliyyətlərə yiyələnməsi nə qədər vacib məsələdirsə, onu daim inkişaf etdirməsi, artırması və zənginləşdirməsi də bir o qədər vacibdir.
Özünütəhsil və özünüinkişafetdirmə müəllim fəaliyyətinin ayrılmaz hissəsidir. Müəllim demək olarki, hər gün öz bilik və bacarıqlarını artırmaq, təkmilləşdirmək qayğısına qalmalı, yeniləşən cəmiyyətin tələbləri ilə nəinki ayaqlaşmalı, hətta bir çox məsələləri qabaqlamalıdır.Bu səbəbdən də mən şagirdlərimizlə keçdiyim dərsləri müşahidə və müzakirə edərək , bacarıq göstərərək irəliyə çəkirəm. Şagird dərs mövzusuna uyğun olaraq,əyani formada öz fikir və istedadını üzə çıxarır. Şagirdyönümlük öz prinsipini qoruyur.Həyat bilgisi dərsinin  uyğun olaraq, BU GÜN HAVA NECƏDİR ? bu  mövzusuna uyğun olaraq , Şagirdlərə suallar verilir və əyani formada suallara cavab verirlər. ( İndi bayırda hava necədir?) (• Siz hansı hava şəraitini xoşlayırsınız? Niyə? ) və s.

Quba rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin 1 -ci sinif şagirdləri və sinif rəhbəri Nigar Müəllimə Əlimirzəyeva 
0 0

Şərhlər

Oxşar xəbərlər