Bəhmən Qüdsi -"Pifaqor- Riyaziyyat Evi "
13-03-2024, 15:47
516

Bəhmən Qüdsi -"Pifaqor- Riyaziyyat Evi "

         Müəllimlik şərəfli peşədir. Müəllim öz ziyası, nuru ilə bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır. Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır. Müəllimlər dünyada ən uzun ömürlü peşələrin başında durur, müəllimlər digər peşə sahiblərindən daha çox yaşayır, cəmiyyətdə hörmətlə xatırlanırlar. Şəxsiyyət istedadı ilə birgə doğulur (əlbəttə ki, söhbət əsl mənada şəxsiyyətdən gedir) və qoşa inkişaf yolu keçir. Şəxsiyyəti qəbul edib, sonra onun sənətinə, cəmiyyətdə tutduğu mövqeyinə diqqət yetirirsən.
   Üz tutduğun sənət, diqqət yetirdiyin mövqe sənə şəxsiyyətin kimliyini açıb göstərir. Ölməz müəllimlik sənəti böyük Yaradandan, ilahi qüvvələrdən güc alaraq ürəkdən sevilir, qəbul edilir. Müəllim ali xüsusiyyətlərə malik şəxsiyyətlərdəndir ürəyaçıq, çox sadə, peşəsinin vurğunu, hər kəsi diqqətdə saxlamağı bacaran, ünsiyyətcil insan. Onda gözəl danışıq, natiqlik məharəti var. Bu ona Allahdan verilən istedaddır. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri, hərarətli qəlbinin bir zərrəciyi vardır.
        Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından, ilk növbədə müəllimdən asılıdır. Cəmiyyətin etibar etdiyi şəxs, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdə müqəddəs vəzifə sahibı, ilahi missiyanın daşıyıcılarından biri Bakı Mühəndislik Universiteti
Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Bəhmən Cəlil oğlu Məmmədov ( Qüdsi) 21 noyabr 1976 -cı il Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur.  İlk təhsilini Bakı  Kimya-Biologiya Təmayüllü liseyidə almış Bəhmən müəllim bakalavr təhsilini Bakı Dövlət Universitetinin Mexanika -Riyaziyyat fakültəsində, magistratura təhsilini  Gəncə Dövlət Universitetində – Riyazi Analiz  ixtisası üzrə almışdır.Hazırda Gəncə Dövlət Universitetinin doktorantıdır.Bəhmən müəllimin əmək fəaliyyət:
–Sumqayıt Texniki Lisey (1996-1997)
–Quba Liseyi (1997-1998)
–Şəki Ali Təhsilə Hazırlıq Kursu (1998-2000)
Riyaziyyat müəllimi və Təlim Tərbiyə işləri üzrə direktor müavini – Mingəçevir Liseyi (2000- 2006)
Riyaziyyat müəllimi və Təlim Tərbiyə işləri üzrə direktor müavini – Şəki Liseyi (2006- 2008)
Riyaziyyat müəllimi və Təlim Tərbiyə işləri üzrə direktor müavini – Quba Liseyi (2008- 2009)
Riyaziyyat və İnformatika kafedrasında baş müəllim, Olimpiada koordinatoru,
Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri – Qafqaz Universitet (2009-2015)
Riyaziyyat və İnformatika kafedrasında baş müəllim, Olimpiada koordinatoru, Tələbə Elmi Cəmiyyətinin Elmi Rəhbəri – Bakı Mühəndislik Universiteti (2015hal- hazıra kimi)
Mənən pak, böyük urək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin ehtibar etdiyi ali sima, boyük nüfuz sahibləri sırasında müəllimlik peşəsində öz dəst - xətti ilə seçilən , yüksək peşəkarlığı, təbqiqatçılıq bacarığı, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiqliyi ilə seçilən , sevilən , riyaziyyatda cənnəti tapan Azərbaycan Mühəndislik Universitetinin Riyyaziyyat -İnformatika kafedrasının baş müəllimi Bəhmən Qüdsi yüksək intellektli, zəkalı, həyat sevgisi ilə dolu bir insan, təhsil fədaisi Xalqımızın,dövlətimizin sərvətidir , uğuru müəllimdir!
 Peşəkar pedaqoq , xüsusi istedadı,bacarığı ilə seçilən Bəhmən Qüdsi daim öz üzərində işləyərək riyazi biliklərimi artırmaqla yanaşı,həm də onu bölüşmək və sevdirmək yönündə gördüyi işlər təqdirəlayiqdir. O, Azərbaycanda ilk dəfə olaraq riyaziyyatı ən sadə şəkildə öyrədən, riyaziyyata "toxunmağı" göstərən,bütün riyaziyyatı vizuallaşdıran Pifaqor artıq beynəlxalq online Akademiyasında SAT dərslərinin tədrisini həyata keçirir.
    Təhsil Nazirliyi tərəfindən 2008-ci ildə qabaqcıl təhsil işçisi döş nişanı və fəxri fərmanla , 2019 cu ildə 1 aylıq İsraildə STEM təlimi iştirak etməyə layiq görülmüş və sertifikat almışdır..
“Həndəsə”,”Diskalkuliya”,”Riyaziyyatdan çətinliyi artırılmış çalışmalar”, “İdeal müəllim”, “Dahi” kitablarının müəllifidir.
Bəhmən Qüdsinin dəst- xəttinə uygun olan növbəti “Dahi” kitabının rəyçisi AMEA-nin Riyazyyat və Mexanika İstitutunun direktoru, professor Misir Mərdanov, kitaba ön sözü Millət vəkili, Milli məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov yazmışdır.
Başda Misir müəllim olmaqla, Azərbaycan təhsil sisteminin görkəmli nümayəndələri ,universitetin əməkdaşları, Bəhmən müəllimin tələbələri, təhsil ictimaiyyəti tərəfindən “Dahi” kitabı maraqla qarşılanmışdır.
      Nə yaxşı ki Müəlliməm! Sevimli, dəyərli Bəhmən Qüdsi müəllim! Həmd olsun ki, Sizə olan sevgimizi, ürək sözlərimizi həmişə bölüşə bilmişik! Nə yaxşı ki həyat yolumuz kəşişib! Dahilik yolumuzun kəsişməsi diləyi ilə söyləyirlər tələbələri.
    Yüksək peşəkarlığı, təbqiqatçılıq bacarığı, daim yaradıcı, məsuliyyətli, azərbaycançılıq ideyalarına sadiq olan gənc müəllimlərə daim dəstək olmalıyıq. Unutmayaq:
 Zaman irəli gedir, o gəncləşən zamanda! Bəşərilik, millilik, varislik bir vəhdətdə olanda!
                    
Zülfiyyə Vəliyeva
ADPU-ETM-nin Elmi İşçisi Respublikanın Əməkdar Müəlimi. Akad.M.Mehdizada mükafatı laureatı
2 0

Şərhlər

Oxşar xəbərlər