
Ümumi
27-12-2021, 17:19
884
Şagird-müəllim münasibətlərində soyuqluq - Onlar niyə əvvəlki kimi sevilmir? - Ekspertlər
Müəllimin əsas vəzifələrindən biri öyrətməklə yanaşı davranışı ilə şagirdlərdə özünə və atrafdakılara qarşı hörmət və ehtiram hissini aşılamaqdır. Əsil müəllim hər bir şagirdə şəxsiyyət kimi baxmalı, tələbkarlığı ilə yanaşı, qayğıkeş, gülərüz, mehriban münasibəti ilə şagirdin qəlbində taxt qurmağı bacarmalıdır. Müəllim pedaqoji metodlardan istifadə edərək, nadinc, sözə baxmayan, oxumaq istəməyən şagirddə oxumağa həvəs və maraq yaratmalıdır.
Bir sözlə müəllim biliyi, savadı və davdarnışları ilə şagirdə örnək insan olduğunu göstərməlidir. Şagird isə bunun müqabilində müəllimə hörmət etməyə borcludur. Çünki şagird-müəllim münasibətlərində ən başlıca amil qarşılıqlı hörmətdir.
Ekspertin sözlərinə görə, istəsək də istəməsək də razılaşmalıyıq ki, çox da uzaq olmayan keçmişlə müqayisədə son on illiklərdə müəllim nüfuzunun zəifləməsi tendensiyası müşahidə olunur. Bu bir sıra obyektiv və subyektiv amillərlə əlaqədardır ki, bunların da sirasında virtuallığın canlı ünsiyyəti üstələməsinin nəticəsi kimi müəllimdən asılılığın azalmasıdır. Bilik qazanmaqda məktəb mühti, müəllimin canlı sözü, dərsliklərin imkanları deyil, internet resursları, test kitabçaları, əlavə kurslar və repetitor hazırlığı məktəb müəllimini bilik ötürücüsü kimi bir növ arxa plana çəkib: “Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda digər qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib.
Son iki ildə ənənəvi təhsildə zərurətdən yaranan fasilələrlə əlaqədar distant təhsilə keçid, Virtual məktəb layihəsinin tətbiqi, canlı dərslərin televiziya versiyası və s. digər elektron mənbəələrdə müəllim-şagird münasibətlərinə təsirsiz ötüşməyib. Təlimə tərbiyə ilə münasibətdə ifrat dərəcədə aludəçilik də müəllim-şagird münasibətlərinin deqredasiyasının başlıca mənbəələrindən biridir. Halbu ki, təlimdə keyfiyyətin əldə olunması üçün pedaqoji-psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Şagird də nümunəni müəllimdən götürməlidir. Şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində, bütövlükdə təlim və tərbiyəsində müəllim - şagird münasibətlərinin düzgün qurulması danılmazdır”.
Ş.Əsgərovun sözlərinə görə, tarix boyu müəllim cəmiyyətdə hörmət, nüfuz sahibi olub. Keçən əsrin 50-ci illərində orta məktəb məzunlarının əksəriyyəti müəllim peşəsini seçərdi. Bu gün Azərbaycan təhsili həmin məzunların əməyi hesabına ayaq üstədir. Biz bu kəsimə layiq olduqları hörməti etsək, onda dövlətimiz də dövlətlər sırasında layiqli yer tutar. Unutmamalıyıq ki, millətə sevginin, ədalətin ruhu müəllimlərin əlindədir”.
Ekspert vurğulayıb ki, şagirdlər müəllimə və onun müqəddəs peşəsinə hörmətlə yanaşmalıdırlar: “Biz təhsil aldığımız dövrdə müəllimdən çox çəkinər və ona hörmət edərdik. Bu gün də bu yol davam etdirilməlidir. Əsk təqdirdə müəllim şagird münasibətlərində irəliləyiş yox geriləmələr olacaq”.
Bir sözlə müəllim biliyi, savadı və davdarnışları ilə şagirdə örnək insan olduğunu göstərməlidir. Şagird isə bunun müqabilində müəllimə hörmət etməyə borcludur. Çünki şagird-müəllim münasibətlərində ən başlıca amil qarşılıqlı hörmətdir.
Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, zəmanəmizdə müəllim-şagird münasibətləri əvvəllərdəki səviyyədə olmasa da, bunu qabardıb, təhsilimizin ciddi problemlərindən biri kimi qələmə vermək də düzgün mövqe olmazdı. Bu, zamana, mühitə bağlı bir məsələ olub, hər şeydən əvvəl müəllimin peşəkarlığı, şəriştəliliyi, müəllimin cəmiyyətdə yeri və rolu, məktəb-müəllim-valideyn münasibətləri, müəllimin şagirdlərlə, onların valideynləri ilə yaratdığı ünsiyyət bacarığı, bir az da konkret desək, müəllimin kollektivdə və əhatəsində olan hörməti və nüfuzundan asılıdır. Əbəs yerə deyil ki, Təhsul Qanunu təhsilin əsas məqsədlərini müəyyən edərkən, öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirilməsini önə çəkib. Eyni zamanda təhsil milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik , təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətqabiliyyətli mütəхəssis-kadrlar hazırlamalıdır. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün ilk addımlar bağçadan başlayır, məktəbdə davam etdirlir və ali təhsillə tamamlanır.
Bu məqsədlə məktəblərdə yaradılan yüksək mənəvi-psixoloji mühit və kommunikasiya sistemi təhsil sisteminin özünün sağlam olmasını təmin edəcəkdir.
Son iki ildə ənənəvi təhsildə zərurətdən yaranan fasilələrlə əlaqədar distant təhsilə keçid, Virtual məktəb layihəsinin tətbiqi, canlı dərslərin televiziya versiyası və s. digər elektron mənbəələrdə müəllim-şagird münasibətlərinə təsirsiz ötüşməyib. Təlimə tərbiyə ilə münasibətdə ifrat dərəcədə aludəçilik də müəllim-şagird münasibətlərinin deqredasiyasının başlıca mənbəələrindən biridir. Halbu ki, təlimdə keyfiyyətin əldə olunması üçün pedaqoji-psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Şagird də nümunəni müəllimdən götürməlidir. Şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində, bütövlükdə təlim və tərbiyəsində müəllim - şagird münasibətlərinin düzgün qurulması danılmazdır”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, onun təhsil aldığı dövürdə müəllim çox qayğıkeş, şagirdin qeydinə qalan və ədalətli idi. Müəllim hamıya eyni gözlə baxdığına, ayrıseçkiliyə yol vermədiyinə görə, sinif otaqlarında ədalət hökm sürürdü: “Təhsilalanlar müəllimdən qayğı görməlidirlər. Amma bəzən bunun tərsini görürük. Bu səbəbdən də müəllim-şagir münasibətlərində belə soyuqluq yaranıb”.
Ş.Əsgərovun sözlərinə görə, tarix boyu müəllim cəmiyyətdə hörmət, nüfuz sahibi olub. Keçən əsrin 50-ci illərində orta məktəb məzunlarının əksəriyyəti müəllim peşəsini seçərdi. Bu gün Azərbaycan təhsili həmin məzunların əməyi hesabına ayaq üstədir. Biz bu kəsimə layiq olduqları hörməti etsək, onda dövlətimiz də dövlətlər sırasında layiqli yer tutar. Unutmamalıyıq ki, millətə sevginin, ədalətin ruhu müəllimlərin əlindədir”.
Əməkdar müəllim, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət deyir ki, müəllim şagird münasibətlərinin mədəni müstəvidə olması üçün valideyn faktoru önəm daşıyır. Valideyn ailədə müəllim adını hörmətlə anırsa, müəllimə dair fikirlərinə diqqət edirsə, o zaman şagirdlər də ailədən gələn müəllimə olan diqqət və dəyər formalaşacaq. Ailədəki böyüklərin müəllimin ünvanına söylədikləri sözlərdən asılı olaraq, övladlarının da məktəbdəki müəllimlərinə olan mədəni münasibətin səviyyəsi yaranacaq.
Yəni tədrislə məşğul olan müəllimlərlə şagirdlərin arasında isti və ədəbli münasibətin qurulmasında birbaşa rolu olan valideynlərdir. Əks halda bu münasibət pozucu və xoş olmayan müstəvidə görünəcəkdir: “Müəllim müqəddəs addır. Doğrudur. Ancaq bu müqəddəs adı bütün həmkarlarımız qoruyub, ləyaqətlə daşıya bilirlərmi? Müəllimlərin bəziləri təsadüfən (bal sisteminin fəsadlarının göstəricisindən biri) bu ixtisasa düşür və istəmədiyi peşə ilə məşğul olur. Arzusu reallaşa bilməyən, istəməyərək müəllimlik diplomunu alıb, müəllim adı ilə məktəbə işə düzələn adam təbii ki, sevmədiyi bir işlə məşğul olduğundan aqressiyalı olur. Həmin aqressiya birbaşa şagird-valideyn münasibətlərində görünməyə başlayır. Ona görə də, təklif edərdim ki, müəllimliyə qəbulda fərqli mexanizm tətbiq olunsun. İlk növbədə ailəyə dəyəri olan, yüksək ailə mədəniyyətli, ədəbli davranış sahibli, insanları və heyvanları sevən, şagirdlərə hörmətlə yanaşmağı bacaran, qarşıdındakı insanlara şəxsiyyət kimi önəm verməyi bacaran, müsbət meyarları çox olanlar müəllimliyə cəlb olunsunlar. Bu meyar sahibi olan müəllimlər məktəbdə və ali təhsil ocaqlarında şagird və tələbələrlə çox gözəl sağlam tədris mühiti qura bilərlər. Müəllim şagird münasibətlərində valideynləri də mütləq nəzərə almaqla, həmişə yüksək mədəni mühit gözlənilməlidir. Mədəni mühit yaranarsa tədris də öz axarı ilə yüksələn xətt üzrə gedəcək”.
A.Həsrətin dediyinə görə, indiki müəllim şagird münasibətləri qənaətbəxş səviyyədə deyil: “İndiki müəllim şagird münasibətində böyük burulğanlıq görünür. İlk olaraq son dövrdəki pandemiyanı buna səbəb kimi göstərə bilərik. 2 ilə yaxın şagirdlərin distant olaraq evdə təhsilə cəlb olunması, onlarda müəllimlərlə real davranışlarında boşluqların yaranmasına səbəb olmuşdur. Sanki bəzi şagirdlər adi etik davranış qaydalarını unudublar. Məlum olduğu kimi bu il sentyabrın 22-dən ibtidailər, 29- dan V-XI siniflər əyani olaraq tədrisə başladılar. Sinifə daxil olan şagirdlərin nizamsızlıqlarından bəlli oldu ki, tədrisin əyani olmağının nə qədər davranışa təsiri var imiş. Tədris əyani olanda şagirdlər etik davranış qaydalarına riayət etmək məcburiyyətində qalırlar. Çünki sinifdə özlərini evdəki kimi apara bilməyəcəyini anlamağa başlayırlar. İndiki müəllim şagird münasibələrinin qənaətbəxş olması üçün zamana ehtiyacımız var. Bu yaxın 1 il ərzində təbii ki, özünü tez biruzə verə bilməyəcək. Ən azı 2- 3 il gərəkdir ki, istədiyimiz müsbət nəticəni görə bilək. Şagird müəllim münasibətlərinə bir başa təsir göstərən valideynlər, ictimai rəy və ən sonda məktəbdaxili mühitdir. Sadaladıqlarımızın hər bir üzvünün qarşılıqlı münasibətlərində mədəni davranış və ünsiyyət olarsa məhz o zaman əminliklə müəllim şagird münasibətlərinin qənaətbəxş olduğunu deyə bilərik”.
Təhsil ekspert Elçin Əfəndinin sözlərinə əsasən, təəssüf ki, son illərdə müəllimlərin nüfuzuna çox böyük zərbələr dəyib: “Bu gün müəllimlərin üzərinə çox gedilir. Şagirdlər tərəfindən də müəllimlərə qarşı yanlış addımlar atılır, xoşagəlməz davranışlar nümayiş olunur. Bu kimi hallar müəllim nüfuzunun aşağı düşməsinə səbəb olur: “İndiki dövürdə siniflərə daxil olsanız çox az hallarda şagirdlərin dərsə qulaq asması və mövzuları müəllimlərlə müzakirə etməsinə şahid olarsınız. Bəzi siniflərdə, xüsusilə də yuxarı sinif şagirdləri müəllimlərə qarşı biganəliyi müşahidə olunur. Təssüf ki, son dövrlər bəzi müəllimlər də təlim-tərbiyədən kənara çıxır, yanlış ifadələr işlədir, şagirdə qarşı şiddət tətbiq edirlər. Müəllim şagirdə öz övladı kimi davranmalı, ona həm təhsil verməli, həm də tərbiyə. Düzdü məktəblərimizdə müəllimlərin böyük əksəriyyəti şagirdlərə övladı kimi yanaşır. Ancaq əks davranış nümayiş etdirənlər də var”.
38 il müəllim işləmiş, keçmiş təhsil işçisi Yeganə Hüseynova deyir ki, əvvəllər həm şagird, həm də valideynlər müəllimə, müəllim adına, şəxsiyyətinə böyük hörmətlə, ehtiramla yanaşırdılar: “İllər öncə müəllim şəxsiyyətinə yanaşma tamam başqa idi. Müəllim rəyi, fikri o dövrün şagirdləri üçün çox önəmli idi. Müəllimin verdiyi öyüd-nəsihətini dinləyirdilər. İndi isə müəllimin dərsinə heç qulaq asmırlar qaldı ki, verdiyi öyüd-nəsihətə. Təssüf ki, bu gün müəllimə, onun şəxsiyyətinə kifayət qədər hörmətlə yanaşan şagirdə, valideynə çox az-az rast gəlinir. Bir çoxları mövcud vəziyyətlə bağlı müəllimləri günahlandırırlar. Deyirlər ki, müəllim öz səmimiyyəti , davranışları ilə şagird qəlbinə nüfuz etməyi bacararsa, öz vəzifəsini layiqincə yerinə yetirərsə şagirdlər də ona hörmətlə yanaşar. Bu əsla belə deyil. Düzdür bu gün müəllim adına xələl gətirən və vəzifəsini layiqincə yerinmə yetirməyən müəllimlər də var. Ancaq sözün əsil mənasında yaxşı müəllimlərin də sayı az deyil. Müəllimlik doğurdan da çox şərəfli, eyni zamanda çox böyük məsuliyyət, səbr tələb edən peşədir. Başqasının övladına öz övladın kimi yanaşmaq, öyrətmək, yetişdirmək asan iş deyil. Ona görə də müəllimlik kimi müqəddəs bir peşə sahiblərini gərək şagirdlər də onların valideynləri də hörmətli tutsunlar”.
Y. Hüseynovanın sözlərinə görə, indiki şagird və valideynlərin müəllimə münasibəti çox fərqlidir: “Əvəllər uşaq dərsini yaxşı oxumayanda, sözə qulaq asmayanda , xoş olmayan davranış nümayiş etdirəndə, çağırıb valideyninə deyirdin. Valideyn də müəllimin tərəfini tutar və övladını tənbeh edərdi. Deyilən sözün nəticəsi olurdu. İndi isə vəziyyət dəyişib. Ancaq indi valideynlərin çoxuna söz demək mümkün deyil. Onlar hesab edir ki, müəllim şagirdə güldən ağır söz deyə, irad bildirə bilməz. Hətta müəllim dərsə hazırlıqlı gəlməyən şagirdə belə irad bildirə bilməz. Şagirdlərin müəllimləri hörmətli tutmamalarının günahını mən əsasən valideynlərdə görürəm. Çünki valideyn müəllimə necə münasibət bəsləyirsə uşaqda eyni münasibəti nümayiş etdirir. Müəllimə hörmə qoymayan valideynin uşağı necə müəllimə hörmətlə yanaşa bilrə? Şagirdlər evdə valideynlərindən görüb-götürdükləri tərbiyəni gəlib məktəbdə müəllimə göstərirlər”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov hesab edir ki, müəllim şagirdinə öz övladı kimi yanaşmağı bacarmalıdır. Bu ən vacib şərtlərdən biridir. Bu gün məktəblərdə belə müəllim var. Ancaq təssüf ki, bunu bütün müəllimlərə şamil etmək olmaz:
“Müəllim bütün gücü ilə çalışmalıdır ki, cəmiyyət üçün normal bir vətəndaş yetişdirə bilsin. Hər bir vətəndaşın formalaşmasında, şəxsiyyət kimi yetişməsində orta məktəblər böyük və müstəsna rol oynayırlar. Onların fəaliyyəti bu baxımdam xüsusi önəm və əhəmiyyət daşıyır. Hesab edirəm ki, həm məktəb direktorları həm də müəllimlər bu məqsədə və hədəfə nail olmaq üçün çalışmalıdırlar. Biz bu məqsədə və hədəfə, yanaşmaya nail olmadan hansısa bir uğur əldə edə bilmərik. Təhsilin keyfiyyətini istədiyimiz səviyyəyə qaldıra bilmərik. Bütün müəllimlər bunu nəzərə almalıdır”.
Millət vəkili Kamilə Əliyeva bildirib ki, dünənin şagirdləri ilə bügünün şagirdlərinin davranışı, həyata baxışı çox fərqlidir.
Müəllimlər də zəmanə şagirdlərinin bu davranışlarına hazır olmalıdırlar. Bugünün müəllimi həm peşəkar pedaqoq həm də bir növ psixoloq olmalıdır. Müəllim dərs dediyi şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini bilməlidir. Şagirdlərlədə buna uyğur davranmalı, rəftar etməlidir: “Səbirli, təmkinli olmalı və nəzərə almalıdır ki, onun yetişdirdiyi şagirdlərdən Azərbaycanın gələcəyi asılıdır. Müəllimlər valideynlərlə mütəmadi ünsiyyətdə olmalıdır. Şagirdlər günlərinin cox hissəsini məktəbdə keçirirlər. Onların həm müsbət həm də mənfi tərəfləri, xoşagəlməyən davranışları məktəbdə, müəllim tərəfindən aşkar olunur. Müəllim də şagirddə aşkar etdiyi mənfi cəhətlər barədə valideyni məlumatlandıraraq onunla birgə bu neqativ halalrı aradan qaldırmağa çalışmalıdır”
Şərhlər