Fənn olimpiadalarının finalına Şəki-Zaqatala bölgəsi üzrə 75 şagird vəsiqə qazanıb
12-03-2024, 07:30
222

Fənn olimpiadalarının finalına Şəki-Zaqatala bölgəsi üzrə 75 şagird vəsiqə qazanıb

Fənn olimpiadalarının yarımfinal mərhələsində bölgə üzrə ümumilikdə 860 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 37, Oğuz rayonu üzrə 14, Qəbələ rayonu üzrə 11, Qax rayonu üzrə 6, Zaqatala rayonu üzrə 4, Balakən rayonu üzrə isə 3 şagird vəsiqə qazanıb.

 

Şəki-Zaqatala Rayon Təhsil İdarəsindən bildirilib ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər