Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib
25-12-2022, 18:14
887

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

TehsilForumu.Az xəbər verir ki, Dekabrın 25-də cari tədris ili üzrə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Ümumilikdə Mərkəzi Aran RTİ üzrə 3473 nəfər şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadalarında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər. Respublika fənn olimpiadaları 7 fənn (Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya) üzrə olmaqla 8 mərkəzdə təşkil olunub.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 05.01.2023-cü il tarixdən etibarən elan olunacaq.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, Respublikası fənn olimpiadası "Kapital bank"ın sponsorluğu ilə həyata keçirilir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!




0 0

Şərhlər

Oxşar xəbərlər