Regionlar üzrə bu qədər şagird RFO-nun yarımfinalında iştirak edəcək..
11-01-2024, 15:47
1 018

Regionlar üzrə bu qədər şagird RFO-nun yarımfinalında iştirak edəcək..

24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

 

Belə ki, Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.

 

TehsilForumu.Az xəbər verir ki , Olimpiadalarda yaxşı nəticə göstərən şagirdlər yarımfinalda iştirak hüququ qazanıblar.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 832 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

 

"Ötən il region üzrə yarımfinalçı sayı 635 nəfər olub".

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən verilən məlumata əsasən ümumi təhsil müəssisələri üzrə 361 nəfər şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, 603 nəfər şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Rayon Təhsil Sektorları üzrə 451 nəfər şagird rayon mərhələsində uğur qazanaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.
4 1

Şərhlər

Oxşar xəbərlər