Bakıda ilk dəfə Beynəlxalq Albanşünaslıq Simpoziumu keçiriləcək
4-06-2023, 06:29
296

Bakıda ilk dəfə Beynəlxalq Albanşünaslıq Simpoziumu keçiriləcək

TehsilForumu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində “Qafqaz Albaniyası tarixinin aktual problemləri” mövzusunda I Beynəlxalq Albanşünaslıq Simpoziumu keçirəcək.

İnstitutdan  bildirilib ki, oktyabrın 4-5-də Bakıda keçiriləcək simpoziuma məqalə və poster qəbul olunur. Simpozium “Albanşünaslığın nəzəri problemləri”, “Alban abidələrinin arxeoloji tədqiqi”, “Qafqaz Albaniyasının memarlıq irsi”, “Alban dili, əlifbası və yazılı abidələri”, “Albaniyada dini durum”, “Albaniyanın təsərrüfat həyatı, xarici əlaqələri, ticarət və pul münasibətləri” və “Alban irsinin dağıdılması, saxtalaşdırılması və mənimsənilməsi cəhdləri” mövzularını əhatə edəcək.

Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Məruzələrin tezisləri sentyabrın 1-dək qəbul olunur. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər [email protected] ünvanına göndərilməlidir.
0 0

Şərhlər

Oxşar xəbərlər