İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək
25-05-2023, 08:14
310

İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək

27 may - 4 iyun tarixlərində İçərişəhərdə V Milli Kitab Sərgisi keçiriləcək.

 TehsilForumu.Az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi və müstəqil nəşriyyatların iştirakı ilə keçirilən sərgi Qoşa Qala qapısından Həsən bəy Zərdabi heykəlinə qədər olan geniş meydanı əhatə edəcək.

 

Sərgi çərçivəsində təqdimatlar, müzakirələr, panellər, görüşlər və imza günləri keçirmək üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev-muzeyi və Həsən bəy Zərdabi dəhlizi iştirakçıların ixtiyarına veriləcək.

 

Kitabsevənləri Azərbaycan, Türk, İngilis, Rus dillərində 70.000-dən çox kitablara 70 %-dək endirimlər gözləyir. Sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.


Bəzi tədbirlər qədim şəhərin müxtəlif məkanlarında, açıq havada keçiriləcək.

 

Sərgidə tanınmış xarici yazıçıların da iştirakı gözlənilir.

 

Tədbirin proqramı barədə geniş məlumat veriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər