Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) keçmiş müəllimi vəfat edib.
23-05-2023, 18:16
407

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) keçmiş müəllimi vəfat edib.

TehsilForumu.Az xəbər verir ki, bu barədə mərhumun həmkarları bildiriblər.


Aktyor, bədii qiraət ustası, Əməkdar müəllim, dosent Ənvər Vəliyevin bu gün dünyasını dəyişdiyi qeyd olunub.


Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1960-cı ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbi qızıl medalla bitirib.

Mirzaga Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olub və 1973-cü ildə həmin inisitutu bitirib. Elə həmin ildə də inistitutda saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmək təklifi alıb. Uzun müddət bu ali təhsil ocağında dərs deyib.


Allah rəhmət eləsin.
0 0

Şərhlər

Oxşar xəbərlər