Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.FOTOLAR
27-12-2022, 15:05
236

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.FOTOLAR

TehsilForumu.Az xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 3023 şagird Respublika fənn olimpadalarının rayon (şəhər) mərhələsində iştirak edib. 

7 mərkəzdə təşkil edilən olimpiadaya 150-dək nəzarətçi cəlb edilib. 

Fənn olimpiadaları 8, 9,10,11-ci siniflər arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə təşkil edilir.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir. 
 



0 0

Şərhlər

Oxşar xəbərlər