Gəncə-Daşkəsən regionalı üzrə 3382 şagird olimpadalarda iştirak edib
26-12-2022, 06:40
302

Gəncə-Daşkəsən regionalı üzrə 3382 şagird olimpadalarda iştirak edib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 3382 şagird Respublika fənn olimpadalarının rayon (şəhər) mərhələsində iştirak edib.

TehsilForumu.Az xəbər verir ki, 10 mərkəzdə təşkil edilən olimpiadaya 146 nəzarətçi cəlb edilib.

Fənn olimpiadaları 8, 9,10,11-ci siniflər arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.
0 0

Şərhlər

Oxşar xəbərlər