Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)
22-11-2022, 17:14
4 542

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

TehsilForumu.Azxəbər verir ki, Kişi və qadın müəllimlərimizin geyim tərzi zaman-zamna müzakirə olunan mövzulardan biridir. Baxmayaraq ki , vahid formaya qadın müəllimlərimiz ( xüsusi ilə gənclər ) daha çox etiraz edirlər , ölkəmizin ayrı-ayrı məktəblərində fərdi qaydada müəllimlər vahid geyim tətbiq ediblər . 

Maraqlıdır , müəllimlərin geyim tərzi ilə bağlı təlimat varmı ?- Var . Təhsil Nazirliyinin hələ 2000-ci illərdə verdiyi təlimatla sizi tanış etmək istəyirik.Təlimatın dəqiq tarixini müəyyən edə bilməsək də , " Təhsil işçilərinin korporativ geyim tərzi " adlanan təlimatda , müəllimlərimizin geyim tərzi ilə bağlı aydın şəkildə göstərişlər var. Aztehsil.com saytı olaraq təlimatı olduğu kimi sizə təqdim edirik.

Ümumi qaydalar :

səliqə və ciddilik;

kişilərdə təmiz təraşlı üz;

 manikür – açıq rəngli dırnaq boyaları;

 təmiz və baxımlı ayaqqabı;

 ətirlərdən orta dərəcədə istifadə olunmalıdır.

Kişi əməkdaşlar üçün korporativ geyim qaydaları :

Qadın əməkdaşlar üçün korporativ geyim qaydaları :

Zəruridir 
kostyumun rəngi: tünd-göydən (boz, bej, tünd-qəhvəyi, zeytun və krem çalarlı) fil sümüyü rənginə
qədər;

mərasim və rəsmi görüşlər zamanı tünd rəngli kostyum;

 pencək ətək və ya şalvar ilə uyğun olmalıdır;

 dabanı qədərincə enli və hündürlüyü 10 sm-ə qədər olan işgüzar üslublu ayaqqabı;
 mövsümə uyğun corablar.

İcazə verilir

 qol saatı (işgüzar üslubda);

 nişan üzüyü;

 yaz və yay fəsillərində parçası daha yüngül, rəngi açıq çalarlı olan kostyum;

 kaşne, gödək şal və ya qalstuk;

 orta ölçülü bəzək əşyaları (evlilik üzüyü, sırğa, kulon, boyunbağı)


Qadağandır

üzərində rəsmlər, mətnlər, insanların portretləri və heyvanların şəkilləri olan geyim;

dəri və ya cins parçadan olan geyim;
 
saçaqlar, lələklər;

ətək və ya don geyindikdə botinkanın uzunluğu dizdən 3 sm aşağı; 
artıq dekorla olan ayaqqabı;

corabsız geyilən açıq yay ayaqqabıları;

çimərlik ayaqqabıları;

sabo;

idman üslublu ayaqqabı;

parlaq parçalar;


qolsuz köynəklər;

açıq dekolte;

dar və gödək (dizdən 2 sm yuxarı) don və ətəklər, dərin kəsilmələr;

şəffaf don və köynəklər və .s.

2 0

Şərhlər

Oxşar xəbərlər