Bakıda bu məktəblər distant təhsilə keçir - SƏBƏB
26-05-2022, 11:52
962

Bakıda bu məktəblər distant təhsilə keçir - SƏBƏB

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçiriləcək. 

 

TehsilForumu.Az Oxu.Az-a istinadən xəbər verir ki, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən tam orta məktəblərdə dərslər distant tədrisə keçəcək.

 

Həmin məktəblərin adını təqdim edirik:

 

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

 

2. Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

 

3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;

 

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

 

5. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;

 

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

 

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

 

8. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

 

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

 

Sözügedən məktəblərin distanta keçəcəyi tarix hələ ki açıqlanmayıb. 

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər