Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir.
12-05-2023, 13:09
539

Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir.

TehsilForumu.Az xəbər verir ki , Mayın 12-dən 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir. 

Lisey və gimnaziyalara qəbul imtahanına hazırlaşanların nəzərinə:

2023/2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu həyata keçiriləcək. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu, şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az) may ayının 12-dən iyun ayının 6-a kimi davam edəcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. 

İmtahan zamanı şagirdlərə Tədris dili və riyaziyyat fənləri üzrə biliklərinin yoxlanılması üçün tapşırıqlar təqdim ediləcək. 

  Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlər üzrə aparılacaq: 

         • 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün); 

         • 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

         • 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilmişdir. Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz. 

Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar:

1. Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası;

2. Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;

3. Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;

4. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; 

5. Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;

6. Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;

7. Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;

8. Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;

9. Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

10. Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

11. Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;  

12. Biləsuvar şəhər texniki fənlər təmayüllü məktəb-lisey;  

13. Gəncə şəhər xarici dillər təmayüllü gimnaziya. 

Digərləri: 

1. Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey;

2. Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;

3. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; 

4. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

5. Bakı şəhəri Texniki humanitar lisey;

6. Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi; 

7. Bakı şəhər 173 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

9. Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;  

10. Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey; 

11. Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb;

12. Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb;

13. Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;

14. Sumqayıt şəhər ‘İstedad’ liseyi;

15. Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;

16. Sumqayıt şəhər “Təfəkkür” liseyi;

17. Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya;

18. Qobustan şəhər 2 nömrəli tam orta məktəb;

19. Masallı şəhər ‘Dəfinə’ məktəb-liseyi.

 Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları

#ElmVəTəhsilNazirliyi #EduAz #ÜmumiTəhsil

Ətraflı: https://bit.ly/41vBw4k
1 0

Şərhlər

Oxşar xəbərlər