Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlama verib
17-04-2023, 14:44
478

Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlama verib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BSH) 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlama verib.

TehsilForumu.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Turab Teymurov jurnalistlərə bildirib ki, 24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

 

Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.



"Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı "Yaşayış Yerina Giriş İcazəsi" əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər." - deyə T.Teymurov bildirib.

 

BŞH-nın sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Vətəndaşlar "Yaşayış Yerinǝ Giriş İcazə" sənədini zonalar üzrə paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:


Zona 1-Buraxılışın paylanma məntəqəsi


İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89


Zona 2-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 4 Xəqani küçəsi 26/32

Tel:Zona 3-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 58

İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85


Qeyd edək ki, "Yaşayış Yerina Giriş icazəsi"nin paylanması 10 aprel tarixindən başlayıb və 28 aprelǝdək davam edəcək.
0 0

Şərhlər

Oxşar xəbərlər