“Ən yaxşı təqdimat” müsabiqəsinə qeydiyyat başlanır
28-03-2022, 11:38
240

“Ən yaxşı təqdimat” müsabiqəsinə qeydiyyat başlanır


Martın 28-də “Ən yaxşı təqdimat” müsabiqəsinə elektron ərizə qəbuluna start verilir.
Təhsil Nazirliyindən TehsilForumu.Az - a bildirilib ki, qeydiyyat prosesi www.portal.edu.az üzərindən həyata keçirilir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş müsabiqədə iştirak etmək istəyən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müraciətlərini yerləşdirə bilərlər.

Müsabiqə müəyyən olunmuş mövzular əsasında rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə videoformatda təşkil ediləcək.


Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.


Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədilə müvafiq informasiya sistemi qurulub. Belə ki, olimpiada və müsabiqələrin təşkili, idarə olunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçirilir. Həmçinin qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.



0 0

Şərhlər

Oxşar xəbərlər