DİM II ixtisas qrupu üzrə müsabiqə şərtlərini açıqlayıb
9-03-2022, 14:51
407

DİM II ixtisas qrupu üzrə müsabiqə şərtlərini açıqlayıb

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslanı üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanin ikinci mərhələsi üzrə balı 100 dən az olmayan abituriyentlər buraxılır.

TehsilForumu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi «Abituriyent» jurnalının 2-ci nömrəsində məlumat verilib.

Bildirilib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlǝt ali təhsil müəssisələrinin ("ADA" Univer siteti və Baki Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50 dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən abituriyentlər buraxılır: az olmayan) abituriyentlər buraxılır:

- Marketing;

- Biznesin idarə edilməsi;

- Turizm bələdçiliyi;

- Turizm işinin təşkili.
0 0

Şərhlər

Oxşar xəbərlər