Azərbaycanda müəllimlər qız tələbələrə əxlaqsız təklif ediblər? - İDDİA
11-01-2023, 06:49
2 143

Azərbaycanda müəllimlər qız tələbələrə əxlaqsız təklif ediblər? - İDDİA

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) imtahan verən xanım tələbələrə əxlaqsız təklif edilib.

TehsilForumu.Az Tehsil.biz istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə iddia edilib.

Bildirilib ki, tələbələrin iddialarına əsasən ADPU-da bəzi müəllimlər və rəhbərlikdə olan şəxslər xanım tələbələrə qarşı imtahanlardan keçirəcəklərini vəd edərək əxlaqsız təkliflər edirlər.

Məlumata görə, bir qızı təklifi qəbul etmədiyi halda müəllim onu otaqda öpməyə cəhd edib.

"Bu hadisədən digər rəhbər strukturdakı şəxslərin xəbəri olsa da, addım atılmayıb. Qız da qorxduğu üçün və universitetdə adı pis hallanmasın deyə heç yerə şikayət verməyib", - deyə məlumatda bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqə saxladıq. Universitetdən "Tehsil.biz"ə məsələnin araşdırılacağı bildirildi.
0 0

Şərhlər

Oxşar xəbərlər