Aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə kadr hazırlığı dövlət sifarişi ilə həyata keçiriləcək
17-03-2023, 18:06
363

Aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə kadr hazırlığı dövlət sifarişi ilə həyata keçiriləcək

Peşə təhsili müəssisələrində 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçiriləcək.

TehsilForumu.Az məlumat verir ki  bu, Prezident İlham Əliyevin peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında fərmanında əksini tapıb.

Sənəddə qeyd edilib ki, adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığı həyata keçirilən peşə təhsili müəssisələrində 2023–2026-cı illərdə 12 000 təhsilalana münasibətdə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər